“Ərazi bütövlüyü danışıqlar mövzusu olmayacaq”
AZƏRTAC prezident İlham Əliyevin mayın 23-ü Qafqaz Müsəlmanları İdarəsinin iqamətgahında açılan iftar süfrəsindəki çıxışının mətnini yayıb. İlham Əliyev deyib ki, dövlət-din münasibətləri hər bir ölkə üçün xüsusi əhəmiyyətə malikdir və Azərbaycanda bu münasibətlər nümunəvi xarakter daşıyır: “Ölkəmiz...
Cənubi Qafqazda hökumətlər: harada sıxlıqdır?
Cənubi Qafqazda ən iri hökumət Azərbaycandadır. Nazirlər Kabineti Azərbaycanda 34, Ermənistanda 26, Gürcüstanda 11 qurumdan ibarətdir. Novator.az bildirir ki, Ermənistan hökumətinə baş nazir, onun 2 müavini, 12 nazirlik daxildir. Polis orqanı, 2 xidmət, 5 komitə, 6 müfəttişlik də hökumətin tərkib hi...
Sabir Rüstəmxanlının iki kitabının təqdimatı olub
Mayın 23-ü Yazıçılar Birliyinin “Natəvan” klubunda xalq şairi, yazıçı, publisist Sabir Rüstəmxanlının “Özümüzdən böyük Sözümüz” və “Xalqın söz silahı” kitablarının təqdimat mərasimi keçirilib. Müəllif Moderator.az-a açıqlamasında deyib ki, bu kitablarda toplananları cavanlıqda yazsa da, indi nəşr el...
Mey gedir
Böyük Britaniyanın baş naziri Tereza Mey Mühafizəkarlar Partiyasının lideri postundan istefa verəcəyini açıqlayıb. Novator.az-ın məlumatına görə, istefa günü iyunun 7-nə təyin olunub. Partiyanın sədri vəzifəsindən getmək avtomatik olaraq baş nazir kürsüsündən ayrılmaq deməkdir. İstefa Böyük Britani...
Fuad Abbasovun iki şikayəti var
Rusiya yaşayan azərbaycanlı jurnalist və bloqçu Fuad Abbasov mayın 16-dan Moskva vilayətinin Korolyov şəhərində miqrantlar məntəqəsində saxlanır. Mayın 24-də ONA jurnalistlə müsahibə yayıb. Fuad Abbasov Rusiyada Qarabağ məsələsini müntəzəm qaldıran, Ermənistanın işğalçılıq siyasətini kəskin tənqid e...
Hər şey qeyri-müəyyən olduğu üçün…
Məhbus jurnalist Seymur Həzinin xanımı Nigar Həzi mayın 24-də Novator.az-a danışıb. Seymur Həzi 2014-cü il avqustun 29-da tutulub. Bir nəfərə xəsarət yetirməkdə ittiham olunan jurnalist Abşeron Rayon Məhkəməsinin hökmü ilə 5 il müddətinə azadlıqdan məhrum edilib. Jurnalist ittihamı rədd edir və haki...
Tanrının 54 gün sonra göndərdiyi mükafat
İmdad Əlizadə Mayın 23-ü atamın erməni mühasirəsindən çıxdığı gündür. 1993-cü ildə 54 gün davam edən ayrılığın, həsrətin, nisgilin bitdiyi gündür 23 may. Həmin gün Tanrının bizi – Laçın rayonunun ucqar Oğuldərə kənd məktəbinin Moskva və Bakıda ali təhsil almış müəllimi Əli Əliyevin 6 körpə bal...
Gecə təlimi
Azərbaycan Ordusunun əməliyyat-taktiki təlimlərinin gecə vaxtı döyüş atışlı mərhələsi keçirilib. Müdafiə Nazirliyinin 23 may məlumatına görə, qoşunlar düşmənin gecə vaxtı hücumunun dəf edilməsi, müxtəlif istiqamətlərdə ona zərbələr endirilməsi və hücuma keçmə tapşırıqlarını icra edib. Mürəkkəb dağlı...
Köçəryan yenə həbs oluna bilər
Ermənistanın Baş Prokurorluğu sabiq prezident Robert Köçəryanın azadlığa buraxılması və mühakiməsinin dayandırılması qərarlarından apellyasiya şikayətləri verib. Novator.az-ın məlumatına görə, prokurorluq paytaxt Yerevanın Avan və Nor Nork rayonlarına aid ümumi məhkəmənin hər iki qərarını qanunsuz s...
“Son söz” kitabının təqdimatı keçirilib
Mayın 23-ü Bakıda “Son söz” adlı kitabın təqdimatı keçirilib. Təqdimat mərasimində vaxtilə həbsdə olmuş, bəzi hüquq müdafiəçilərinin siyasi məhbus kimi tanıdığı şəxslər, onların ailə üzvləri, hüquq müdafiəçiləri iştirak ediblər. D-18 Hərəkatının təqdim etdiyi kitabda 10 il ərzində siyasi məhbus sayı...
Şəfəq Ağacan aclıq aksiyasını dayandırıb
Bakupress.az saytının təsisçisi və baş redaktoru Şəfəq Ağacan aclıq aksiyasını dayandırıb. Şəfəq Ağacan qızı Ağabalayeva mayın 1-i Bakıda tutulub. Polisin onu paytaxtın Nərimanov rayonunda, 5 saylı xəstəxananın qarşısında narkotik satarkən tutduğu açıqlanıb. Məlumata görə, Şəfəq Ağacan çəkisi 311 qr...
Yüksəlmə, eniş, sabitlik
Mayın 24-də avronun rəsmi kursu yenidən 1 manat 90 qəpiyi keçib. Mərkəzi Bank bu valyutanı 1,9008 manata təklif edir. Türkiyə lirəsi də bahalaşıb: 0,2779 manat. Rusiya rublunun məzənnəsində düşmə qeydə alınıb (0,0262 manat), ABŞ dolları 1,7, Gürcüstan larisi 0,6128 manat həddində saxlanıb. Avro 2019...
Kəşfiyyatçıların pensiyası: yenilik qüvvəyə mindi
Prezident İlham Əliyev “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” və “Əmək pensiyaları haqqında” qanunlarda dəyişikliyi imzalayıb. Novator.az bildirir ki, yeniliyə görə, kəşfiyyat və əks-kəşfiyyat subyektlərinin hərbi qulluqçuları sərəncamdan tərxis olunarkən onların pensiyası sərəncama götürü...
İftar mərasimində deyilənlər
Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə mayın 23-ü öz iqamətgahında iftar süfrəsi açıb. Ramazan ayı münasibətilə təşkil olunan mərasimə prezident İlham Əliyev də qatılıb. AZƏRTAC-ın məlumatına görə, İlham Əliyev çıxışında ənənə halı alan iftar mərasimlərinin dövlət-din m...