• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Mitinq: qadağa qərarları 15-ə yüksəldi

  • 23 May 2019
  • comments
  • Novator.az
  • Posted in ManşetXəbər

Bakı Şəhər İcra Hakimiyyəti Azərbaycan Xalq Hərəkatının mayın 25-nə təyin etdiyi mitinqə razılıq verməyib.

Azərbaycan Xalq Hərəkatı 2019-cu il yanvarın 26-da keçmiş daxili işlər naziri İsgəndər Həmidovun təşəbbüsü ilə təsis edilib. Qurum 25 may mitinqini Yasamal rayonundakı İdman-Sağlamlıq Kompleksinin stadionunda (metronun “İnşaatçılar” stansiyasının yaxınlığı) keçirmək istəyirdi.

Novator.az bildirir ki, 2019-cu ildə Bakı Şəhər İcra Hakimiyyəti yalnız bir aksiyanı sanksiyalaşdırıb. Yanvarın 19-da Demokratik Qüvvələrin Milli Şurası Yasamal rayonundakı İdman-Sağlamlıq Kompleksinin stadionunda mitinq keçirib.

Paytaxt hakimiyyəti Milli Şuranın yanvarın 26-da, fevralın 23-də, martın 2-də, aprelin 6-da, aprelin 20-də, mayın 5-də və mayın 11-də eyni stadionda keçirmək istədiyi mitinqlərə (üst-üstə 7 mitinqə) icazə verməyib.

Bir qrup ictimai-siyasi xadimin ötən il yaratdığı Qarabağ Komitəsi 2019-cu ildə Yasamaldakı İdman-Sağlamlıq Kompleksinin stadionunda keçirmək istədiyi 3 mitinqə (fevralın 16-sı, martın 16-sı, mayın 4-ü) rədd cavabı alıb.

Müsavat Partiyası 2019-cu ildə Bakı Şəhər İcra Hakimiyyətinə müraciətlərində yürüş-mitinqlərə (“20 Yanvar” metro stansiyasından Yasamal rayonundakı İdman-Sağlamlıq Kompleksinin stadionuna yürüş və orada mitinq; Süleyman Sani Axundov küçəsindən “Dərnəgül” metro stansiyası yaxınlığındakı meydana yürüş, orada mitinq) icazə verilməsini istəyib. Paytaxt hakimiyyəti yanvarın 12-nə və martın 10-na təyin olunmuş yürüş-mitinqləri məqsədəuyğun saymayıb.

Müsavat Bakı Şəhər İcra Hakimiyyətindən 7 aprel aksiyası üçün müraciətə də mənfi cavab alıb. Partiya kütləvi aksiyaya paytaxtdakı 3 meydandan birinin (Yasamal rayonundakı İdman-Sağlamlıq Kompleksinin stadionu; “Dərnəgül” metro stansiyası yanındakı meydan; Tofiq Bəhramov stadionu qarşısındakı meydan) ayrılmasını istəmişdi.

Bakı Şəhər İcra Hakimiyyəti Qarabağ Azadlıq Təşkilatının mayın 18-i Yasamal rayonundakı İdman-Sağlamlıq Kompleksinin stadionunda keçirmək istədiyi mitinqə də razılıq verməyib.

KTMT-də yeni baş katib: bir mərhələ keçildi

  • 23 May 2019
  • comments

Təhsil müəssisələrinə köçürmə qaydaları təsdiqləni...

  • 23 May 2019
  • comments

About author

Novator.az

Son materiallar

comments
Xəbər

Bir kursun xərci

GLOBALS:0
comments
Xəbər

Ermənistanın inflyasiya hesabatı

GLOBALS:0
comments
Xəbər

Doğum və ölüm statistikası

GLOBALS:0
comments
Xəbər

Gürcüstanın istehlak bazarı

GLOBALS:0

Tags

  • Hüquq
  • Siyasət

Rəylər

Do not miss

comments
Xəbər

Bir kursun xərci

Son materiallar

comments
Xəbər

Bir kursun xərci

GLOBALS:0
comments
Xəbər

Ermənistanın inflyasiya hesabatı

GLOBALS:0
comments
Xəbər

Doğum və ölüm statistikası

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda