• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

KTMT-də yeni baş katib: bir mərhələ keçildi

  • 23 May 2019
  • comments
  • Novator.az
  • Posted in ManşetXəbər

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi postuna belaruslu Stanislav Zasın namizədliyi irəli sürülüb. Novator.az-ın məlumatına görə, qərar KTMT Xarici İşlər Nazirləri Şurasının mayın 22-si Qırğızıstanın paytaxtı Bişkekdə keçirilən iclasında qəbul olunub. Təklif üzv ölkələrin liderlərinin daxil olduğu ali orqana – Kollektiv Təhlükəsizlik Şurasına göndərilib.

Kollektiv Təhlükəsizlik Şurasının sammiti payızda keçirilməlidir. Qərar rəsmiləşəcəyi halda Stanislav Zas 2020-ci il yanvarın 1-dən baş katib olacaq.

İclasda həmçinin Ermənistanın təklifi ilə KTMT-nin nizamnaməsinə dəyişiklik layihəsi hazırlamaq razılaşdırılıb. Təklifə əsasən, KTMT-nin baş katibi postdan vaxtından əvvəl gedəcəyi halda vəzifə onun təmsil etdiyi ölkədə qalmalıdır.

KTMT 1992-ci il mayın 15-də yaradılıb. Hərbi-siyasi birliyə Rusiya, Belarus, Ermənistan, Qazaxıstan, Qırğızıstan və Tacikistan daxildir.

Qurumda ali vəzifəli şəxs olan baş katib postunu 2017-ci il mayın 2-dən erməni general-polkovnik Yuri Xaçaturov tutub. Üç il müddətinə seçilən Yuri Xaçaturov 2018-ci il oktyabrın 30-da Ermənistanın təşəbbüsü ilə vəzifədən uzaqlaşdırılıb. Baş katib səlahiyyətləri müvəqqəti olaraq rusiyalı müavin Valeri Semerikova verilib.

Ermənistan baş katib postuna sabiq müdafiə naziri Vaqarşak Arutyunyanı namizəd göstərib. Ancaq KTMT-nin digər üzvləri Ermənistan nümayəndəsinin yenidən baş katib olmasını istəməyib.

Stanislav Zas 1964-cü ildə anadan olub. 1985-ci ildə Bakı Ali Ümumqoşun Komandirləri Məktəbini, 1996-cı ildə Belarus Hərbi Akademiyasını, 2005-ci ildə Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Hərbi Akademiyasını bitirib. 2015-ci ildən Belarus Təhlükəsizlik Şurasının dövlət katibidir.

Arif Hacılının ABŞ-dakı görüşləri

  • 23 May 2019
  • comments

Mitinq: qadağa qərarları 15-ə yüksəldi

  • 23 May 2019
  • comments

About author

Novator.az

Son materiallar

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Dublin yəhudisinin odisseyası

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0

Tags

  • Siyasət

Rəylər

Do not miss

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

Son materiallar

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Dublin yəhudisinin odisseyası

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda