• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Arif Hacılının ABŞ-dakı görüşləri

  • 23 May 2019
  • comments
  • Novator.az
  • Posted in ManşetXəbər

Müsavatın mətbuat xidməti partiya başqanı Arif Hacılının ABŞ səfərindən məlumat yayıb.

Mayın 6-dan 21-dək çəkən səfərdə başqanın ABŞ Dövlət Departamentinin Qafqaz məsələləri və regional münaqişələr şöbəsinin direktoru, dövlət katibi müavininin demokratiya və insan haqları məsələləri üzrə köməkçisi, Dövlət Departamentinin Demokratiya və İnsan Haqları Bürosunun Qafqaz işləri üzrə məsul nümayəndəsi ilə bir araya gəldiyi xəbər verilir.

Arif Hacılının diplomatlarla və ictimai xadimlərlə də görüşləri olub. O, ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Riçard Kozlariç, Şərqi Avropada Demokratiya İnstitutunun direktoru İrena Lasota, “Azerireport” saytının baş redaktoru Qorxmaz Əsgərovla müzakirələr aparıb.

Müsavat başqanı Güney Azərbaycan Milli Oyanış Hərəkatının lideri Mahmudəli Çöhrəqanlı, jurnalistlər Sevinc Osmanqızı, İsmayıl Cəlilov, Aynur Talıbova ilə görüşlər keçirib, “Amerikanın səsi” radiosunun mərkəzi ofisində olub.

Bütün görüşlərdə əsasən Azərbaycanda demokratiya və insan haqları , siyasi məhbuslar problemi, Qarabağ münaqişəsi, ABŞ-Azərbaycan münasibətləri, Güney Azərbaycanda siyasi vəziyyət kimi məsələlərin müzakirə olunduğu vurğulanır.

1962-ci ildə doğulan Arif Hacılı 1988-ci ildə başlayan xalq azadlıq hərəkatının öncül şəxslərindəndir, 1991-1992-ci illərdə Azərbaycan Xalq Cəbhəsinin Ali Məclisinə sədrlik edib.

1990-1995-ci illərdə parlamentin deputatı olub, Əbülfəz Elçibəyin prezidentliyi dövründə (1992-1993) ərazi hakimiyyət və idarəetmə orqanları ilə iş üzrə dövlət müşaviri postunu tutub.

1992-ci ildən Müsavat Partiyasının üzvü olan Arif Hacılı 2003-2005 və 2011-2012-ci illərdə həbsdə yatıb.

2014-cü ilin sentyabrında Müsavat Partiyasının başqanı seçilib.

Ukraynada növbədənkənar seçki təyin olundu

  • 23 May 2019
  • comments

KTMT-də yeni baş katib: bir mərhələ keçildi

  • 23 May 2019
  • comments

About author

Novator.az

Son materiallar

comments
Xəbər

Sülh yolunda

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Fələyin administrasiyası

GLOBALS:0
comments
Xəbər

Gürcüstan seçki havasında

GLOBALS:0
comments
Dünyanın səsiManşetXəbər

Rusiya büdcəsi kəsirlə icra olunub – “Reuters”

GLOBALS:0

Tags

  • Siyasət

Rəylər

Do not miss

comments
Xəbər

Sülh yolunda

Son materiallar

comments
Xəbər

Sülh yolunda

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Fələyin administrasiyası

GLOBALS:0
comments
Xəbər

Gürcüstan seçki havasında

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda