Mayın 22-də ABŞ dolları (1,7 manat), BƏƏ dirhəmi (0,4628 manat), Rusiya rublu (0,0264 manat) və Səudiyyə Ərəbistanı rialının (0,4533 manat) rəsmi məzənnələri dəyişməyib.
Bir neçə valyuta isə ucuzlaşıb. Mərkəzi Bank dəyər itirən avronu 1,8964, Çin yuanını 0,2459, Gürcüstan larisini 0,6134, İngiltərə funt sterlinqini 2,1611, Türkiyə lirəsini 0,2805 manata təklif edir.
Novator.az-ın məlumatına görə, dolların indiki qiyməti 2018-ci il martın 7-dən qüvvədədir.
Avro 2019-cu ilə 1,9323, lari 0,6346, rubl 0,0245, lirə 0,3141 manatla başlayıb.
Dövlət Neft Fondu Mərkəzi Bankın manatı qorumaq üçün yanvar-aprel aylarında keçirdiyi valyuta hərraclarında 1 milyard 975,3 milyon ABŞ dolları məbləğində vəsait satıb. Yanvarda fonddan 634,9 milyon dollar, fevralda 316,2 milyon dollar, martda 600,5 milyon dollar, apreldə 423,7 milyon dollar alınıb.