• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

“Avroviziya” rekordları

  • 20 May 2019
  • comments
  • Novator.az
  • Posted in ManşetXəbər

Dunkan Laurensin “Avroviziya 2019”dakı qələbəsi təmsilçisi olduğu Niderlandın bu mahnı müsabiqələrində 5-ci zəfəridir.

İsrailin baş şəhəri Tel-Əvivdə keçirilən “Avroviziya 2019”a mayın 18-i finalla nöqtə qoyulub. Dunkan Laurens tamaşaçılardan və münsiflərdən 492 xal alaraq birinci yeri tutub.

İtaliya təmsilçisi Alessandro Mahmud 465 xalla ikinci, rusiyalı Sergey Lazarev 369 xalla üçüncü olub.

Novator.az bildirir ki, Azərbaycandan Çingiz Mustafayev 297 xal götürərək yeddinci yerdə qərarlaşıb.

1956-cı ildən keçirilən “Avroviziya” yarışı ictimai teleradioları cəmləşdirən Avropa Yayım Birliyinin layihəsidir. Yarışda hamıdan çox İrlandiya uğur qazanıb. Bu ölkə 7 “Avroviziya”da birinci olub.

İsveç 6 müsabiqədən qalib çıxıb.

Niderlanddan əlavə Fransa, Lüksemburq, Böyük Britaniya 5 dəfə “Avroviziya” zəfəri yaşayıblar.

İsrail 4 yarışmada qalib gəlib.

Danimarka və Norveçin 3 qələbəsi var.

Avstriya, Almaniya, İtaliya, İspaniya, İsveçrə, Ukrayna “Avroviziya”nın ilk pilləsində 2 dəfə yer alıblar.

Azərbaycanın 1 qələbəsi var. Belçika, Estoniya, Finlandiya, Yunanıstan, Latviya, Monako, Rusiya, Serbiya, Türkiyə, Portuqaliya da 1 dəfə “Avroviziya” qalibi olublar.

Tarixə qovuşmuş Yuqoslaviya da 1 uğur əldə edib.

Azərbaycan “Avroviziya”ya 2008-ci ildən qatılır. İlk on iştirakda Azərbaycan finalda təmsil olunub. 2008-ci ildə Elnur Hüseynov və Samir Cavadzadə 8-ci, 2009-cu ildə Aysel Teymurzadə və Araş 3-cü, 2010-cu ildə Səfurə Əlizadə 5-ci, 2011-ci ildə Nigar Camal və Eldar Qasımov 1-ci, 2012-ci ildə Səbinə Babayeva 4-cü, 2013-cü ildə Fərid Məmmədov 2-ci, 2014-cü ildə Dilarə Kazımova 22-ci, 2015-ci ildə Elnur Hüseynov 12-ci, 2016-cı ildə Səmra Rəhimli 17-ci, 2017-ci ildə Diana Hacıyeva 14-cü yeri tutub.

“Avroviziya 2018”dəki təmsilçi Aysel Məmmədova yarımfinalda ələnib.

Can Laçın

  • 18 May 2019
  • comments

Ermənistan qarışdı

  • 20 May 2019
  • comments

About author

Novator.az

Son materiallar

comments
Xəbər

İllər, qiymətlər

GLOBALS:0
comments
Xəbər

Müstəqillik illərində əhalinin təbii artımı

GLOBALS:0
comments
Xəbər

Azərbaycan neftinin ünvanları

GLOBALS:0
comments
Xəbər

Xarici ticarətin dörd ayı

GLOBALS:0

Tags

  • Mədəniyyət

Rəylər

Do not miss

comments
Xəbər

İllər, qiymətlər

Son materiallar

comments
Xəbər

İllər, qiymətlər

GLOBALS:0
comments
Xəbər

Müstəqillik illərində əhalinin təbii artımı

GLOBALS:0
comments
Xəbər

Azərbaycan neftinin ünvanları

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda