• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Azərbaycan “Avroviziya” finalında

  • 17 May 2019
  • comments
  • Novator.az
  • Posted in ManşetXəbər

“Avroviziya 2019” mahnı müsabiqəsindəki Azərbaycan təmsilçisi Çingiz Mustafayev finala adlayıb (Mahnı).

Müğənni İsrailin Tel-Əviv şəhərində keçirilən müsabiqənin ikinci yarımfinalında mübarizə aparıb. Mayın 16-da onunla bərabər bu ölkələrin təmsilçiləri finalda yarışmaq hüququ əldə ediblər:

Şimali Makedoniya – Tamara Todevska

Niderland – Dunkan Laurens

Albaniya – Yonida Maliçi

İsveç – Con Lundvik

Rusiya – Sergey Lazarev

Danimarka – Leonora Kolmor Yepsen

Norveç – “Keiino” qrupu

İsveçrə – Luka Henni

Malta – Mikela Paçe.

Ermənistandan Srbui Sərkisyan, İrlandiyadan Sara Makternan, Moldovadan Anna Odobesku, Latviyadan “Karusel” qrupu, Rumıniyadan Ester Peoni, Avstriyadan Qabriela Horn, Xorvatiyadan Roko Blajeviç, Litvadan Yuri Veklenko ələniblər.

Mayın 14-də keçirilmiş birinci yarımfinalda 10 ölkənin təmsilçiləri uğur qazanıb:

Yunanıstan – Katerina Duska

Belarus – Zinaida Kupriyanoviç

Serbiya – Nevena Bojoviç

Kipr – Tamta Qoduadze

Estoniya – Viktor Kron

Çexiya – “Lake Malavi” qrupu

Avstraliya – Keyt Miller-Haydki

İslandiya – “Hatari” qrupu

San Marino – Sərhad Hacıpaşalıoğlu

Sloveniya – Zala Kral və Qaşper Şantl.

Mayın 18-nə təyin olunmuş finala bu ifaçılar birbaşa vəsiqə alıb:

Almaniya – “Sisters” qrupu

Böyük Britaniya – Maykl Rays

Fransa – Bilal Həsəni

İspaniya – Migel Nunyes Poso

İsrail – Kobi Marimi

İtaliya – Alessandro Mahmud.

Novator.az bildirir ki, 1956-cı ildən keçirilən “Avroviziya” yarışı ictimai teleradioları cəmləşdirən Avropa Yayım Birliyinin layihəsidir.

Azərbaycan “Avroviziya”ya 2008-ci ildən qatılır. İlk on iştirakda Azərbaycan finalda təmsil olunub. 2008-ci ildə Elnur Hüseynov və Samir Cavadzadə 8-ci, 2009-cu ildə Aysel Teymurzadə və Araş 3-cü, 2010-cu ildə Səfurə Əlizadə 5-ci, 2011-ci ildə Nigar Camal və Eldar Qasımov 1-ci, 2012-ci ildə Səbinə Babayeva 4-cü, 2013-cü ildə Fərid Məmmədov 2-ci, 2014-cü ildə Dilarə Kazımova 22-ci, 2015-ci ildə Elnur Hüseynov 12-ci, 2016-cı ildə Səmra Rəhimli 17-ci, 2017-ci ildə Diana Hacıyeva 14-cü yeri tutub.

“Avroviziya 2018”dəki təmsilçi Aysel Məmmədova yarımfinalda ələnib.

Prezident: “Qərarlar bizim siyasətimizi əks etdiri...

  • 17 May 2019
  • comments

Dövlət qulluqçusu ilə əmək müqaviləsi: nümunə təsd...

  • 17 May 2019
  • comments

About author

Novator.az

Son materiallar

comments
Xəbər

Klub turnirlərinin qalibləri

GLOBALS:0
comments
Xəbər

Kubokda final

GLOBALS:0
comments
Xəbər

Beş ayın populyar adları

GLOBALS:0
comments
Xəbər

Vaxtı keçmiş kreditlər (2015-2025)

GLOBALS:0

Tags

  • Mədəniyyət

Rəylər

Do not miss

comments
Xəbər

Klub turnirlərinin qalibləri

Son materiallar

comments
Xəbər

Klub turnirlərinin qalibləri

GLOBALS:0
comments
Xəbər

Kubokda final

GLOBALS:0
comments
Xəbər

Beş ayın populyar adları

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda