Novator.az Azərbaycanın yaxın ölkələrlə dörd aylıq rəsmi ticarət göstəricilərinə nəzər salıb.
Dövlət Gömrük Komitəsinin hesabatına görə, 2019-cu ilin yanvar-aprel aylarında Türkiyəyə 756,9 milyon dollarlıq məhsul ixrac olunub.
Gürcüstana 222,7 milyon dollarlıq, Rusiyaya 178,4 milyon dollarlıq, Ukraynaya 127,6 milyon dollarlıq, İrana 17,5 milyon dollarlıq, Belarusa 8 milyon dollarlıq, Qazaxıstana 7,1 milyon dollarlıq, Türkmənistana 5,6 milyon dollarlıq, Özbəkistana 5,3 milyon dollarlıq, Tacikistana 1,2 milyon dollarlıq, Estoniyaya 1 milyon dollarlıq, Qırğızıstana 811,5 min dollarlıq, Litvaya 671,5 min dollarlıq, Latviyaya 306 min dollarlıq, Moldovaya 115,8 min dollarlıq ixrac qeydə alınıb.
Yanvar-aprel aylarında Azərbaycan Rusiyadan 660,6 milyon dollarlıq mal alıb.
Türkiyədən Azərbaycana 440,9 milyon dollarlıq, İrandan 239,8 milyon dollarlıq, Ukraynadan 142 milyon dollarlıq, Qazaxıstandan 106,4 milyon dollarlıq, Belarusdan 74,4 milyon dollarlıq məhsul göndərilib.
Digər yaxın ölkələrdən idxal göstəriciləri belə rəsmiləşib:
Gürcüstan – 19,9 milyon dollar
Türkmənistan – 17,9 milyon dollar
Özbəkistan – 14,4 milyon dollar
Latviya – 4,3 milyon dollar
Litva – 3,3 milyon dollar
Moldova – 1,1 milyon dollar
Qırğızıstan – 952,8 min dollar
Estoniya – 510,7 min dollar.
Tacikistandan idxal olmayıb.