Mayın 13-də avronun rəsmi məzənnəsi 1,9090 manata yüksəlib. Novator.az-ın məlumatına görə, İngiltərə funt sterlinqi (2,2114 manat) və Türkiyə lirəsi də (0,2849 manat) bahalaşıb.
Mərkəzi Bank dəyər itirən Çin yuanını 0,2481, Gürcüstan larisini 0,6197, Rusiya rublunu 0,0260 manata təklif edir.
ABŞ dollarının kursu 1,7 manat həddində saxlanıb (Tam siyahı). Bu qiymət 2018-ci il martın 7-dən qüvvədədir.
Avro 2019-cu ilə 1,9323, lari 0,6346, rubl 0,0245, lirə 0,3141 manatla başlayıb.
Dövlət Neft Fondu Mərkəzi Bankın manatı qorumaq üçün yanvar-aprel aylarında keçirdiyi valyuta hərraclarında 1 milyard 975,3 milyon ABŞ dolları məbləğində vəsait satıb. Yanvar hərraclarında fonddan 634,9 milyon dollar, fevral hərraclarında 316,2 milyon dollar, mart hərraclarında 600,5 milyon dollar, aprel hərraclarında 423,7 milyon dollar alınıb.