• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Əliyev ziyarəti

  • 10 May 2019
  • comments
  • Novator.az
  • Posted in Xəbər

Mayın 10-u Azərbaycanın üçüncü prezidenti Heydər Əliyevin anadan olmasının 96-cı ildönümüdür.

AZƏRTAC xəbər verir ki, prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, ailə üzvləri Bakıdakı Fəxri xiyabanda mərhum prezidentin məzarını ziyarət ediblər. Mərasimə baş nazir Novruz Məmmədov, Milli Məclisin sədri Oqtay Əsədov, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, nazirlər, komitə və şirkət rəhbərləri, Milli Məclisin deputatları qatılıblar.

Sonra İlham Əliyev və ailə üzvləri Zığ dairəsi-Heydər Əliyev Beynəlxalq Aeroportu avtomobil yolunun 28-ci kilometrliyində salınan yaşıllıq sahəsində ağacəkmə kampaniyasında iştirak ediblər.

Heydər Əliyev 1923-cü il mayın 10-da Naxçıvan şəhərində anadan olub. Azərbaycan Dövlət Universitetinin (indiki BDU) tarix fakültəsini bitirib, həmçinin Leninqrad şəhərində (indiki Sankt-Peterburq) dövlət təhlükəsizliyi üzrə xüsusi ali təhsil alıb.

1941-ci ildən Naxçıvan Xalq Daxili İşlər Komissarlığında və Xalq Komissarları Sovetində çalışıb.

1944-cü ildə dövlət təhlükəsizliyi orqanlarına keçən Heydər Əliyev 1965-ci ildən Azərbaycan Dövlət Təhlükəsizliyi Komitəsi sədrinin müavini, 1967-ci ildən sədri vəzifəsini tutub, general-mayor rütbəsinə qədər yüksəlib.

1969-cu il iyulun 14-də Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilərək respublika rəhbəri, 1982-1987-ci illərdə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini olub.

1990-cı ildə Heydər Əliyev Azərbaycan parlamentinin və Naxçıvan Ali Sovetinin deputatı seçilib, 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri postunu tutub.

1992-ci ildə Yeni Azərbaycan Partiyasının sədri seçilib.

Heydər Əliyev 1993-cü il iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçilib, iyunun 24-də Milli Məclisin qərarı ilə prezident səlahiyyətlərini həyata keçirməyə başlayıb.

1993-cü və 1998-ci illərdə Azərbaycan prezidenti seçilib.

2003-cü il dekabrın 12-də vəfat edib.

Bakı erməni futbolçuya təminat verir

  • 10 May 2019
  • comments
İlham İsmayil

Qarabağ üzərində İuda kabusu

  • 10 May 2019
  • comments

About author

Novator.az

Son materiallar

comments
Xəbər

Bir kursun xərci

GLOBALS:0
comments
Xəbər

Ermənistanın inflyasiya hesabatı

GLOBALS:0
comments
Xəbər

Doğum və ölüm statistikası

GLOBALS:0
comments
Xəbər

Gürcüstanın istehlak bazarı

GLOBALS:0

Tags

  • Anım

Rəylər

Do not miss

comments
Xəbər

Bir kursun xərci

Son materiallar

comments
Xəbər

Bir kursun xərci

GLOBALS:0
comments
Xəbər

Ermənistanın inflyasiya hesabatı

GLOBALS:0
comments
Xəbər

Doğum və ölüm statistikası

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda