• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

İqtisadçı rus dilinə dövlət pulunu kəsməyə çağırır

  • 10 May 2019
  • comments
  • Novator.az
  • Posted in ManşetŞərh

Azərbaycan Demokratiya və Rifah Hərəkatının sədri, iqtisadçı Qubad İbadoğlu rusca təhsil alanlara büdcədən vəsait ayrılmasına qarşı çıxıb. Novator.az-ın məlumatına görə, Qubad İbadoğlu özünün “Facebook” səhifəsində yazır: “Təhsil Nazirliyi bildirir ki, Azərbaycanda 4,5 min ümumtəhsil məktəbi fəaliyyət göstərir. Bu məktəblərdə 1,6 milyon şagird təhsil alır. 342 məktəbdə 120 mindən çox şagird rus dilində oxuyur, 16 məktəbdə dərslər yalnız rus dilində keçilir.

Son 3 ildə rus bölmələrində oxuyan uşaqların sayı 50 faiz artıb. 2018-2019-cu tədris ilində ümumtəhsil məktəblərinin 1-ci siniflərinə 165 min 780 uşağın qəbulu ilə bağlı ərizə qeydə alınıb. Onların 9 faizi və ya 15 min 32 şagird rus bölmələrində təhsil almaq üçün müraciət edib. Hazırda rus bölməsinin siniflərində şagirdlərin orta sıxlığı 35-40 nəfər arasında dəyişir.

2019-cu ildə təhsil xərcləri üçün 2 milyard 285 milyon 9 min manat vəsait ayrılıb. Ümumi təhsilə 1 milyard 289 milyon 100 min manat xərclənəcək. Bu vəsaitin 7,5 faizi və ya 96,7 milyon manatı rus bölmələrində oxuyan şagirdlərin təhsilinə xərclənir.

Müstəqil ölkənin başqa bir dövlətin dilinin inkişafı üçün büdcədən 100 milyon manata qədər vəsait ayırması hər bir şəxsi narahat etməlidir. Burada millətçilik və ya antirus elementləri axtarmağa dəymir. Mən Azərbaycanda rus dilinin öyrənilməsinin əleyhinə deyiləm. Sadəcə, bunun üçün dövlət büdcəsindən vəsait ayrılmasını yanlış hesab edirəm. Təhlillər göstərir ki, bu məqsədlə xərclənən büdcə vəsaitlərinin həcmi sürətlə artır. Heç şübhəsiz, növbəti il üçün bu məqsədlə büdcədən ən azı 100 milyon manatdan çox vəsait ayrılması nəzərdə tutulur.

Ümumi dövlət məktəblərində 1-ci sinifdən birinci, 5-ci sinifdən ikinci xarici dil öyrədilməsi davam etdirilməlidir. Bu zaman rus dili də seçimlərdən biri ola bilər. Eyni zamanda tədrisi digər dillərdə olan özəl məktəblərin də fəaliyyətinə şərait yaradılmalıdır. Hazırda Bakı şəhərində tədrisi ingilis, türk dilində olan çoxlu özəl məktəb fəaliyyət göstərir. Tədrisi rus dilində aparan özəl məktəblər niyə olmasın?”

Atış birinciliyi

  • 10 May 2019
  • comments

Klub turnirlərinin bütün qalibləri

  • 10 May 2019
  • comments

About author

Novator.az

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
Dünyanın səsiŞərh

ABŞ aqrar təcavüzə məruz qaldığını bildirir

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Dublin yəhudisinin odisseyası

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Başına döndüklərim

GLOBALS:0

Tags

  • Sosial
  • Təhsil

Rəylər

Do not miss

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
Dünyanın səsiŞərh

ABŞ aqrar təcavüzə məruz qaldığını bildirir

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Dublin yəhudisinin odisseyası

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda