• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Daha üç jurnalistin ölkədən çıxışına qadağa ləğv edilib

  • 08 May 2019
  • comments
  • Novator.az
  • Posted in Xəbər

Mayın 7-də Baş Prokurorluq daha üç jurnalistin – Aytən Fərhadova, Aytac Əhmədova və Tural Əsədlinin ölkədən çıxışına qoyulmuş məhdudiyyəti ləğv edib.

Həmin gün jurnalistlər Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə dəvət olunublar. Onlara məhdudiyyətin götürüldüyü barədə sənəd təqdim edilib.

Mayın 6-da jurnalistlər Natiq Cavadlı, İzolda Ağayeva, Səlimə Cəlilova və yazar Rasim Qaracanın ölkədən çıxışına qoyulmuş məhdudiyyətlər götürülmüşdü.

Onlardan bir qədər əvvəl isə jurnalist Aynur Elgünəşin xaricə səfərinə qadağa ləğv edilmişdi.

Qadağalar 2015-ci ildən qüvvədə idi.

2019-cu ilin fevral ayında Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi Azərbaycanda hərəkət azadlığı və siyasi motivli səyahət qadağaları ilə bağlı dəyərləndirmə sənədi yaymışdı. Sənəddə qeyd olunmuşdu ki, ölkədən çıxışına qadağa qoyulan şəxslərdən 18 nəfəri jurnalist, 5 nəfəri siyasi fəal, 4 nəfəri hüquqşünas və hüquq müdafiəçisi, 2 nəfəri yazar, 1 nəfəri isə vətəndaş cəmiyyəti təşkilatı rəhbəridir.

Ölkədən çıxışına qadağa qoyulmuş jurnalistlərin bir qrupu mayın 3-də Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinin binası qarşısında etiraz aksiyası keçirmişdi. Aksiyaya əsasən “Meydan TV” internet televiziyasının əməkdaşları qatılmışdılar. Onlar bəyan etmişdilər ki, 4 il qabaq prokurorluğun “Meydan TV”yə qarşı başladığı cinayət işi ilə əlaqədar ölkədən çıxışlarına yasaq qoyulub. Aksiya iştirakçıları yasağın ləğvini, eyni zamanda sözügedən cinayət işinə xitam verilməsini istəmişdilər.

“Meydan TV” 2013-cü ildə yaradılıb. Qurumun baş ofisi Almaniyanın paytaxtı Berlində yerləşir. 2015-ci ildə Azərbaycanda kanalın qanunsuz maliyyələşdirilməsi ittihamı ilə cinayət işi başlanıb. 2017-ci il mayın 12-dən isə “Meydan TV” internet televiziyasının Meydan.tv saytına girişə Azərbaycan ərazisində məhdudiyyət qoyulub. Məhdudiyyət “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanun dəyişəndən sonra, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Mərkəzinin iddiası, Səbail Rayon Məhkəməsinin qərarı ilə tətbiq edilib.

Xarici ölkələrə səfər məhdudiyyəti ləğv edilən jurnalistlər hazırda da “Meydan TV” ilə əməkdaşlıq edirlər.

Məzənnələrin düşən yeri

  • 08 May 2019
  • comments

Şərti düşmən məhv edilib

  • 08 May 2019
  • comments

About author

Novator.az

Son materiallar

comments
Xəbər

Gürcüstanın istehlak bazarı

GLOBALS:0
comments
Xəbər

Türkiyədə qiymətlər

GLOBALS:0
comments
Xəbər

Azərbaycan komandalarının mümkün rəqibləri

GLOBALS:0
comments
Xəbər

Valyuta ehtiyatı: il, illər

GLOBALS:0

Tags

  • Hüquq
  • Media

Rəylər

Do not miss

comments
Xəbər

Gürcüstanın istehlak bazarı

Son materiallar

comments
Xəbər

Gürcüstanın istehlak bazarı

GLOBALS:0
comments
Xəbər

Türkiyədə qiymətlər

GLOBALS:0
comments
Xəbər

Azərbaycan komandalarının mümkün rəqibləri

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda