• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Qobustanda açılışlar

  • 07 May 2019
  • comments
  • Novator.az
  • Posted in Xəbər

Mayın 7-də prezident İlham Əliyev xanımı Mehriban Əliyeva ilə birgə Qobustan rayonuna səfər edib. AZƏRTAC xəbər verir ki, dövlət başçısı öncə Qobustan Rayon Mərkəzi Xəstəxanasının açılışına qatılıb. Arayışa görə, 90 çarpayılıq xəstəxananın ümumi ərazisi 2,6 hektardan çoxdur. Ərazidə əsas korpusla yanaşı terapiya və təcili-tibbi yardım binası, Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Qobustan Rayon Şöbəsinin binaları inşa olunub. Xəstəxanada cərrahiyyə, terapiya, təcili tibbi yardım, doğum və ginekologiya, uşaq xəstəlikləri, poliklinika, infeksiya xəstəlikləri, şüa-diaqnostika (radiologiya), reanimasiya şöbələri və digər şöbələr fəaliyyət göstərəcək. Hazırda xəstəxanada 26 həkim və 51 orta tibb işçisi çalışır.

İlham Əliyev tibb ocağının kollektivi ilə görüşdə çıxış edib. O, ölkənin hər yerində yeni xəstəxanaların tikildiyini vurğulayıb: “Son illər ərzində 640-dan çox müasir tibb müəssisəsi yaradılıb. Bunun əsas məqsədi vətəndaşlara xidmət etməkdir. Burada quraşdırılan avadanlıq, yaradılan şərait ən yüksək standartlara cavab verir. Ən qabaqcıl ölkələrdəki xəstəxanalarda hansı müasir avadanlıq varsa, burada da var. Əsas məsələ ondadır ki, xəstələrə burada çox gözəl xidmət və qayğı göstərilməlidir.

Qobustan rayonunun əhalisi təqribən 50 minə yaxındır. Şəhərdə 7 min insan yaşayır. Baxın, rayonun inkişafı, infrastrukturun yaradılması, yolların çəkilməsi ilə bağlı nə qədər böyük işlər görülür. Hər bir bölgədə bütün sahələrdə inkişaf, müasir yanaşma olmalıdır, vətəndaşlara qayğı, diqqət göstərilməlidir. Bu gün biz bunun bariz nümunəsinin şahidiyik. Bu xəstəxana həm xarici görünüşü, həm də daxili tərtibatı baxımından göz oxşayır”.

Prezident Qobustan-Poladlı avtomobil yolunun açılışında da olub. 5 min nəfərin yaşadığı 6 yaşayış məntəqəsini birləşdirən Qobustan-Poladlı avtomobil yolunun ümumi uzunluğu 14,5 kilometr, hərəkət hissəsinin eni isə 6 metrdir.

Səfər zamanı “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Qobustan filialı da açılıb.

Gürcüstana gedənlər: yeni rəqəmlər açıqlanıb

  • 07 May 2019
  • comments

Bir millət, bir sistem

  • 07 May 2019
  • comments

About author

Novator.az

Son materiallar

comments
Xəbər

Əhali hesabatı

GLOBALS:0
comments
Xəbər

Hasilat, qiymət

GLOBALS:0
comments
Xəbər

Orta maaş nə qədər artıb?

GLOBALS:0
comments
Xəbər

Rəsmi qəzetlərdə azalma

GLOBALS:0

Tags

  • Bölgə
  • Sosial

Rəylər

Do not miss

comments
Xəbər

Əhali hesabatı

Son materiallar

comments
Xəbər

Əhali hesabatı

GLOBALS:0
comments
Xəbər

Hasilat, qiymət

GLOBALS:0
comments
Xəbər

Orta maaş nə qədər artıb?

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda