• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

İmam oğlu Əkrəm

  • 07 May 2019
  • comments
  • Novator.az
  • Posted in ManşetXəbər

Novator.az Türkiyənin ən böyük şəhəri İstanbulun bələdiyyə başçısı postundan düşürülən Əkrəm İmamoğlunun ömür yoluna nəzər salıb.

Əkrəm İmamoğlu 1970-ci il iyunun 4-də Trabzon bölgəsində, Akçaabad rayonunun Cevizli kəndində, tacir ailəsində doğulub, dörd yaşından Yıldızlı kəndində yaşayıb.

Orta təhsili Trabzon liseyində alan Əkrəm İmamoğlu İstanbul Universitetini biznes idarəçiliyi (bakalavr) və insan resurslarının idarə edilməsi (magistr) ixtisasları ilə bitirib.

1992-ci ildən Əkrəm İmamoğlu ailəsinə məxsus inşaat biznesində çalışıb. 2008-ci ildə Cümhuriyyət Xalq Partiyasına daxil olub.

1995-ci ildən ailəli olan Əkrəm İmamoğlu üç uşaq atasıdır.

2014-cü ildən İstanbulun Bəylikdüzü rayonunun bələdiyyə başçısı postunu tutub.

2019-cu il martın 31-i Türkiyədə bələdiyyə seçkiləri keçirilib. Müxalif Cümhuriyyət Xalq Partiyası 11 böyük şəhərdə bələdiyyə başçısı kürsüsü qazanıb. İstanbul böyük şəhər bələdiyyəsinə Əkrəm İmamoğlu başçı seçilib. Bu posta Türkiyənin sonuncu baş naziri, parlamentin keçmiş sədri Binəli Yıldırımı namizəd göstərmiş hakim Ədalət və İnkişaf Partiyasının şikayəti əsasında bəzi seçki bölgələrində səslər yenidən sayılıb, amma nəticə dəyişməyib. Əkrəm İmamoğlu 4 milyon 169 min 765 səslə qalib elan olunub və aprelin 17-də səlahiyyətlərinin icrasına başlayıb.

Bundan sonra Ədalət və İnkişaf Partiyası Ali Seçki Qurumuna müraciət edərək İstanbul bələdiyyəsinə yeni seçki keçirilməsi tələbi qoyub. Ali Seçki Qurumunun mayın 6-da çıxardığı qərarla İstanbul bələdiyyəsinə keçirilmiş 31 mart seçkisinin nəticələri ləğv olunub, iyunun 23-nə yeni seçki təyin edilib.

Seçki yarışı eyni namizədlərin iştirakı ilə keçiriləcək. 31 mart seçkisində İstanbulda Əkrəm İmamoğlu və Binəli Yıldırımla yanaşı daha 8 namizəd mübarizə aparıb.

Dolların duruşu: 14 ay tamam oldu

  • 07 May 2019
  • comments

Bölgələr üzrə kredit statistikası

  • 07 May 2019
  • comments

About author

Novator.az

Son materiallar

comments
ManşetTribunaYazarlar

İllərin sınağı…

GLOBALS:0
comments
ManşetXəbər

Eldar Həsənov – 70

GLOBALS:0
comments
ManşetXəbər

Övladları Eldar Həsənova birgə məktub yazıblar

GLOBALS:0
comments
Xəbər

“Avroviziya 2026”ya hə demiş ölkələr

GLOBALS:0

Tags

  • Siyasət

Rəylər

Do not miss

comments
ManşetTribunaYazarlar

İllərin sınağı…

Son materiallar

comments
ManşetTribunaYazarlar

İllərin sınağı…

GLOBALS:0
comments
ManşetXəbər

Eldar Həsənov – 70

GLOBALS:0
comments
ManşetXəbər

Övladları Eldar Həsənova birgə məktub yazıblar

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda