Mayın 7-də ABŞ dollarının rəsmi kursu 1,7 manat həddində saxlanıb. Novator.az-ın məlumatına görə, bununla qiymət sabitliyinin 14 ayı tamamlanıb.
2015-ci il fevralın 21-də Mərkəzi Bank dolların kursunu 0,7862 manatdan 1,05 manata, dekabrın 21-də 1,55 manata qaldırıb. Həmin ilə 1,5594 manatla nöqtə qoyulub.
2016-cı ildə rəsmi qiymət 1,7707 manata çatıb, 2017-ci il dekabrın 13-dən dollar banklara 1,7001 manata təklif edilib. 2018-ci il martın 7-dən 1,7 manat səviyyəsi qüvvədədir.
Digər valyutalara gəlincə, mayın 7-də avro 1,9063, Rusiya rublu 0,0261 manata yüksəlib.
Dəyər itirən Gürcüstan larisi banklara 0,6270, Türkiyə lirəsi 0,2792 manata təklif olunur (Tam siyahı).
Avro 2019-cu ilə 1,9323, lari 0,6346, rubl 0,0245, lirə 0,3141 manatla başlayıb.
Dövlət Neft Fondu manatı qorumaq üçün Mərkəzi Bankın bu ilin yanvar-mart aylarında keçirdiyi valyuta hərraclarında 1 milyard 551,6 milyon ABŞ dolları məbləğində vəsait satıb. Yanvarın hərraclarında fonddan 634,9 milyon dollar, fevralın hərraclarında 316,2 milyon dollar, martın hərraclarında 600,5 milyon dollar alınıb.
2016-cı ildə Dövlət Neft Fondunun analoji xərci 4,9 milyard dollar, 2017-ci ildə 3,6 milyard dollar, 2018-ci ildə 6,5 milyard dollar göstərilib.