• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Ah, İstanbul…

  • 07 May 2019
  • comments
  • Novator.az
  • Posted in ManşetXəbər

Türkiyənin Ali Seçki Qurumu mayın 6-da İstanbul böyük şəhər bələdiyyəsinə seçkinin nəticələri ilə bağlı yekun qərar çıxarıb.

Martın 31-i Türkiyədə bələdiyyə seçkiləri keçirilib. Hakim Ədalət və İnkişaf Partiyası 15 böyük şəhərdə, onunla Xalq ittifaqı qurmuş Milliyyətçi Hərəkat Partiyası 1 böyük şəhərdə qələbə əldə edib.

Müxalif Cümhuriyyət Xalq Partiyası 11 böyük şəhərdə bələdiyyə başçısı kürsüsü qazanıb.

3 böyük şəhərdə kürdlərin çoxluq təşkil etdiyi Xalqların Demokratik Partiyası qalib gəlib.

İstanbul böyük şəhər bələdiyyəsinə Cümhuriyyət Xalq Partiyasından Əkrəm İmamoğlu başçı seçilib. Bu posta Türkiyənin sonuncu baş naziri, parlamentin keçmiş sədri Binəli Yıldırımı namizəd göstərmiş Ədalət və İnkişaf Partiyasının şikayəti əsasında bəzi seçki bölgələrində səslər yenidən sayılıb, amma nəticə dəyişməyib. Bundan sonra Ədalət və İnkişaf Partiyası Ali Seçki Qurumuna müraciətində İstanbul bələdiyyəsinə yeni seçki keçirilməsi tələbi qoyub.

Ali Seçki Qurumunun 6 may qərarına əsasən, İstanbul bələdiyyəsinə 31 mart seçkisinin nəticələri ləğv olunub, iyunun 23-nə yeni seçki təyin edilib. Seçki yarışı eyni namizədlərin iştirakı ilə keçiriləcək. 31 mart seçkisində İstanbulda Əkrəm İmamoğlu (4 milyon 171 min 118 səs toplayıb) və Binəli Yıldırımla (4 milyon 149 min 656 səs toplayıb) yanaşı daha 8 namizəd mübarizə aparıb.

2001-ci ildə yaradılmış Ədalət və İnkişaf Partiyası 2002-ci ildən bəri hakim partiyadır.

Partiyanın 1954-cü il təvəllüdlü lideri Rəcəb Teyyub Ərdoğan siyasətlə 1976-cı ildən məşğuldur. Milli Salamat, Rifah, Fəzilət partiyalarının üzvü olub. 1994-1998-ci illərdə Rəcəb Teyyub Ərdoğan İstanbul bələdiyyəsinin başçısı postunu tutub.

1999-cu ildə həbsdə yatıb. 2003-2014-cü illərdə baş nazir olub. 2014-cü ildən prezidentdir.

Ramazan 2019: paytaxt və bölgələr üzrə təqvimlər

  • 06 May 2019
  • comments

Dövlətə məxsus hüquqi şəxslərlə bağlı yenilik

  • 07 May 2019
  • comments

About author

Novator.az

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Dublin yəhudisinin odisseyası

GLOBALS:0

Tags

  • Hüquq
  • Siyasət

Rəylər

Do not miss

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda