Şimali Makedoniyada mayın 5-də keçirilmiş prezident seçkisinin – ikinci turun nəticələri açıqlanıb. Novator.az-ın məlumatına görə, hakim Sosial Demokrat İttifaqının namizədi Stevo Pendarovski 51,6% səslə qalib gəlib. Müxalif namizəd Qordana Silyanovska-Davkova 44,7% səs toplayıb.
Şimali Makedoniyada prezident 5 il müddətinə seçilir. İndiki prezident Georgi İvanovun səlahiyyət müddəti mayın 12-də başa çatır.
Makedoniya 1991-ci ildə Yuqoslaviya Sosialist Federativ Respublikasından ayrılaraq müstəqil dövlət olub. Bu ilin yanvarından ölkə Şimali Makedoniya Respublikası adlanır.