• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Dörd nəfərin ölkədən çıxmasına yasaq götürüldü

  • 06 May 2019
  • comments
  • Novator.az
  • Posted in ManşetXəbər

Mayın 6-da jurnalistlər Natiq Cavadlı, İzolda Ağayeva, Səlimə Cəlilova və yazar Rasim Qaraca Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə dəvət olunub. Onlara ölkədən çıxış məhdudiyyətlərinin götürüldüyü bildirilib.

Qadağalar 2015-ci ildən qüvvədə idi. Natiq Cavadlı Azadliq.org-a deyib ki, onları Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinin rəisi Eldar Əhmədov çağırtdırıb və zərurətin aradan qalxması ilə əlaqədar ölkədən çıxış qadağasının ləğvi barədə imzaladığı bildirişi təqdim edib.

Fevral ayında Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi Azərbaycanda hərəkət azadlığı və siyasi motivli səyahət qadağaları ilə bağlı dəyərləndirmə sənədi yaymışdı. Sənəddə qeyd olunmuşdu ki, ölkədən çıxışına qadağa qoyulan şəxslərdən 18 nəfəri jurnalist, 5 nəfəri siyasi fəal, 4 nəfəri hüquqşünas və hüquq müdafiəçisi, 2 nəfəri yazar, 1 nəfəri isə vətəndaş cəmiyyəti təşkilatı rəhbəridir.

Ölkədən çıxışına qadağa qoyulmuş jurnalistlərin bir qrupu mayın 3-də Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinin binası qarşısında etiraz aksiyası keçirib. Aksiyaya əsasən “Meydan TV” internet televiziyasının əməkdaşları qatılıblar. Onlar bildiriblər ki, 4 il qabaq prokurorluğun “Meydan TV”yə qarşı başladığı cinayət işi ilə əlaqədar ölkədən çıxışlarına yasaq qoyulub. Aksiya iştirakçıları yasağın ləğvini, eyni zamanda sözügedən cinayət işinə xitam verilməsini istəyiblər.

“Meydan TV” 2013-cü ildə yaradılıb. Qurumun baş ofisi Almaniyanın paytaxtı Berlində yerləşir. 2015-ci ildə Azərbaycanda kanalın qanunsuz maliyyələşdirilməsi ittihamı ilə cinayət işi başlanıb. 2017-ci il mayın 12-dən isə “Meydan TV” internet televiziyasının Meydan.tv saytına girişə Azərbaycan ərazisində məhdudiyyət qoyulub. Məhdudiyyət “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanun dəyişəndən sonra, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Mərkəzinin iddiası, Səbail Rayon Məhkəməsinin qərarı ilə tətbiq edilib.

Milli çempionatlardan yeni soraqlar

  • 06 May 2019
  • comments

Şair İlham Qəhrəmanın 60 yaşı qeyd edilib

  • 06 May 2019
  • comments

About author

Novator.az

Son materiallar

comments
Xəbər

Ermənistanın inflyasiya hesabatı

GLOBALS:0
comments
Xəbər

Doğum və ölüm statistikası

GLOBALS:0
comments
Xəbər

Gürcüstanın istehlak bazarı

GLOBALS:0
comments
Xəbər

Türkiyədə qiymətlər

GLOBALS:0

Tags

  • Hüquq
  • Media
  • Siyasət

Rəylər

Do not miss

comments
Xəbər

Ermənistanın inflyasiya hesabatı

Son materiallar

comments
Xəbər

Ermənistanın inflyasiya hesabatı

GLOBALS:0
comments
Xəbər

Doğum və ölüm statistikası

GLOBALS:0
comments
Xəbər

Gürcüstanın istehlak bazarı

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda