• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

6 ayda 4 sərəncam

  • 06 May 2019
  • comments
  • Novator.az
  • Posted in ManşetŞərh

Son 6 ayda Xələf Xələfovla bağlı 4 prezident sərəncamı imzalanıb.

Xələf Xələfov 1959-cu ildə Ermənistanda anadan olub. 1982-ci ildə Kiyev Dövlət Universitetini, 1991-ci ildə SSRİ Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasını bitirib.

1983-1990-cu illərdə Azərbaycanın Daxili İşlər Nazirliyində çalışıb.

1991-ci ildən Azərbaycan Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsinin 2-ci katibi, 1992-ci ildən Müqavilə-Hüquq İdarəsinin rəisi, 1997-ci ildən xarici işlər nazirinin müavini olub.

Novator.az bildirir ki, 2018-ci il noyabrın 14-də prezident İlham Əliyevi Xələf Xələfovu Xəzər dənizi məsələləri üzrə Yüksək Səviyyəli İşçi Qrupda Azərbaycanın səlahiyyətli nümayəndəsi təyin edib. Həmin təyinat Xəzəryanı dövlətlərin avqustun 12-də Qazaxıstanın Aktau şəhərində keçirilmiş zirvə toplantısından irəli gəlib. Azərbaycan, Rusiya, Qazaxıstan, Türkmənistan və İran prezidentləri toplantıda Xəzər dənizinin hüquqi statusu haqqında konvensiya imzalayıblar. Konvensiyanın səmərəli yerinə yetirilməsi məqsədilə səlahiyyətli nümayəndələrdən ibarət beştərəfli məsləhətləşmə mexanizminin yaradılması barədə qərar qəbul edilib. Həmin qərara uyğun olaraq Xəzəryanı dövlətlərin xarici işlər nazirləri Xəzər dənizi məsələləri üzrə Yüksək Səviyyəli İşçi Qrup yaradıblar. Yeni postunda Xələf Xələfov xarici işlər nazirinin müavini statusunu da saxlayıb.

14 noyabr sərəncamından bir ay sonra – ötən il dekabrın 13-də prezident İlham Əliyev Xələf Xələfovu xarici işlər nazirinin müavini vəzifəsindən azad edib.

Elə həmin gün Xələf Xələfov baş nazir Novruz Məmmədovun sərəncamı ilə Nazirlər Kabineti Aparatının rəhbəri vəzifəsinə təyinat alıb.

2019-cu il mayın 3-də Xələf Xələfov prezident sərəncamı ilə yenidən xarici işlər nazirinin müavini vəzifəsinə gətirilib, başqa bir sərəncamla ona prezidentin sərhəd və Xəzər dənizi məsələləri üzrə xüsusi nümayəndəsi vəzifəsi də həvalə olunub…

Rusiyalılar internetdə: sorğu nə göstərib?

  • 06 May 2019
  • comments

“Çöl Qala” Stokholmda təqdim olundu

  • 06 May 2019
  • comments

About author

Novator.az

Son materiallar

comments
Dünyanın səsiŞərh

ABŞ aqrar təcavüzə məruz qaldığını bildirir

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Dublin yəhudisinin odisseyası

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Başına döndüklərim

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Keçmişi indiyə çağırmaq

GLOBALS:0

Tags

  • Hüquq
  • Siyasət

Rəylər

Do not miss

comments
Dünyanın səsiŞərh

ABŞ aqrar təcavüzə məruz qaldığını bildirir

Son materiallar

comments
Dünyanın səsiŞərh

ABŞ aqrar təcavüzə məruz qaldığını bildirir

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Dublin yəhudisinin odisseyası

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Başına döndüklərim

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda