Mərkəzi Bank yeni hesabatlar yayıb. Novator.az bildirir ki, rəsmi açıqlamaya görə, mayın 1-nə valyuta ehtiyatının həcmi 5 milyard 789 milyon dollar olub. Aprelin 1-nə 5 milyard 778,6 milyon dollarlıq valyuta ehtiyatı qeydə alınmışdı.
Pul bazasını Mərkəzi Bank mayın 1-nə 9 milyard 495,1 milyon manat göstərir. Bir ay əvvəlin hesabatında pul bazası 8 milyard 946,3 milyon manat həddində rəsmiləşmişdi.
Yeni statistikaya əsasən, aprelin 1-nə kreditlərin məbləği 12 milyard 714,4 milyon manata, əmanətlərin həcmi 8 milyard 339,1 milyon manata çatıb.
Martın 1-nə kreditlərin məbləği 12 milyard 630,9 milyon manat, əmanətlərin həcmi 8 milyard 214 milyon manat idi.