• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Atatürk təliminin əsas mərhələsi başlayıb. Açıqlamalar

  • 03 May 2019
  • comments
  • Novator.az
  • Posted in ManşetXəbər

Mayın 3-də Azərbaycan və Türkiyə ordularının “Mustafa Kamal Atatürk-2019” adlı birgə döyüş atışlı taktiki təliminin əsas mərhələsi başlayıb.

AZƏRTAC-ın məlumatına görə, Azərbaycan tərəfdən təlimin rəhbəri, polkovnik İlqar Lətifov bildirib ki, təlimin taktiki mövzusu hər iki dövlətin ordusunun taktiki qruplarının müdafiə olunan düşmənin üzərinə keçərək onun darmadağın edilməsi və düşmən mövqelərinin dərinliklərini, yüksəklikləri, ərazi qismini ələ keçirərək möhkəmlənməkdir.

Taktiki təlimlərə Azərbaycan və Türkiyədən 1000-dən çox şəxsi heyət, 60-a yaxın döyüş texnikası, 30 artilleriya qurğusu, 20-yə yaxın döyüş helikopterləri və digər döyüş teknikaları cəlb olunub.

Türkiyə tərəfdən təlimə qatılan qrupun rəhbəri, polkovnik Murat Dirik deyib ki, Azərbaycan və Türkiyə hərbçilərinin birgə əməkdaşlığı uzun illərdir davam edir: “Bu təlim də həmin tədbirlərdən biridir. Məqsəd birgə çalışmaq, bir-birimizi anlamaqdır. Türkiyədən 85 nəfərdən ibarət nümayəndə heyəti ilə gəlmişik. Ölkənizə gəldiyimiz gündən xalqın və Azərbaycan Silahlı Qüvvələrinin bizə göstərdiyi diqqət və qayğıdan məmnunuq. Bu, dostluq və qardaşlığımızın uzun illərə söykənməsindən xəbər verir”.

Mod.gov.az bildirir ki, mayın 3-də kütləvi informasiya vasitələri nümayəndələrinin taktiki təlim mərkəzinə səfəri təşkil edilib. Təlimlərə cəlb edilən şəxsi heyət və hərbi texnika ilə tanış olan jurnalistlər yerinə yetirilən tapşırıqların icrasını canlı olaraq müşahidə məntəqəsindən izləyiblər.

Ermənistanda millətlər şurası

  • 03 May 2019
  • comments

Vergi ombudsmanı təyin olunub

  • 03 May 2019
  • comments

About author

Novator.az

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Dublin yəhudisinin odisseyası

GLOBALS:0

Tags

  • Ordu

Rəylər

Do not miss

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda