• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Məhbus cəbhəçi: “Boynuma alıram ki, islah olunmamışam”

  • 02 May 2019
  • comments
  • Novator.az
  • Posted in ManşetXəbər

Qaradağ Rayon Məhkəməsi AXCP üzvü Fuad Əhmədlinin həbsdən vaxtından əvvəl buraxılması barədə müraciətinə baxıb. Proses mayın 1-də, məhbusun saxlandığı 16 saylı Cәzaçәkmә Müәssisәsindә keçirilib.

1990-cı il təvəllüdlü Fuad Əhmədli 2016-cı il avqustun 18-də tutulub. O, operator işlədiyi “Azerfon” şirkətində abonentin şəxsi məlumatlarını başqasına ötürməkdə ittiham olunub. Bakı Ağır Cinayətlər Məhkəməsi Fuad Əhmədlini əməliyyat-axtarış fəaliyyəti qanunvericiliyini pozma və vəzifə səlahiyyətlərindən sui-istifadədə təqsirli bilərək 4 il müddətinə azadlıqdan məhrum edib. Apellyasiya instansiyası və Ali Məhkəmə cəzanı qüvvədə saxlayıb.

Qaradağ Rayon Məhkəməsinə müraciətində partiya fəalı cəzasının üçdə iki hissəsini çəkdiyinə görə azadlığa buraxılmasını istəyib. Azadliq.info xəbər verir ki, mayın 1-i 16 saylı Cәzaçәkmә Müәssisәsindә keçirilən səyyar iclasda müraciət tәmin edilmәyib. Buna müəssisə rəhbərliyinin verdiyi mənfi xarakteristika əsas gətirilib. Cəzaçəkmə müəssisəsinin rəhbərliyinin məhkəməyə təqdimatında Fuad Əhmədlinin islah olunmadığı bildirilib.

Fuad Əhmədli məhkəmə prosesində çıxış edərək deyib: “Müəssisənin nümayəndəsi Ceyhun Rəsulov burada bildirdi ki, mən hələ islah olunmamışam, cəza çəkdiyim müddətdə dörd karser cəzam və bir töhmətim var, müəssisənin ictimai həyatında fəal iştirak etmirəm.

“Kars”ların üstündə geniş dayanmıram, sonuncu “kars” partiyadaşım və dostum Məmməd İbrahimin şərlənməsinə etiraz etdiyim üçün verilib və bundan altı ay keçib. Yəni daxili nizamnamə qaydalarına görə, karser cəzaları qüvvəsini itirib və onlara istinad etmək, yumşaq desək, hüquqi nonsensdir (Məmməd İbrahim AXCP sədrinin müşaviridir. O, 2015-ci ilin sentyabrında tutularaq 3 il müddətinə azadlıqdan məhrum edilib. 2018-ci ilin sentyabrında 16 saylı Cəzaçəkmə Müəssisəsində Məmməd İbrahimin yastığının altından bıçaq tapıldığı bəyan olunub. Bu işə görə Məmməd İbrahim yeni cəza alıb. Həbsdən bu ilin fevralında çıxıb – red.).

Töhmətin isə yalan məlumat və ya anlaşılmazlığın nəticəsi olduğu müəssisə rəhbərliyinin öz araşdırması nəticəsində bilinib.

İctimai həyata gəldikdə, keçirilən bütün tədbirlərdə iştirak etmişəm, bunun aktivi, passivi necə olur, bilmirəm. Oxumağı, rəqs etməyi və hansısa musiqi alətində ifa etməyi bacarmıram.

Həftədə üç gün iyirmi nəfər dustaq yoldaşıma ingilis dili öyrədirəm və müəssisə rəhbərliyi bunu təqdir edir, bilmirəm bu, ictimai həyat kateqoriyasına aiddir, ya yox.

Bu müddətdə Devid Şvartsın 340 səhifəlik əsərini ingiliscədən tərcümə etmişəm, bu da, fikrimcə, ictimai həyat kateqoriyasına aid oluna bilər.

Mən 2012-ci ildən başlayaraq aktiv siyasi fəaliyyətlə məşğul olmuşam, Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvü və Xətai rayon şöbəsi Gənclər Komitəsinin sədriyəm, həbsim də siyasi fəaliyyətimlə bağlıdır. Əgər islah olunma ifadəsi altında siyasi əqidəmi dəyişməyim nəzərdə tutulursa, bəli, boynuma alıram ki, islah olunmamışam, iki il səkkiz ay on iki günlük həbs müddətimi siyasi fəaliyyətimin bir dövrü hesab edirəm”.

“Bir şərabçının tarixçəsi…” kitabının təqdim...

  • 02 May 2019
  • comments

Nazirlik 15 min 773 müraciət alıb

  • 02 May 2019
  • comments

About author

Novator.az

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Dublin yəhudisinin odisseyası

GLOBALS:0

Tags

  • Hüquq
  • Siyasət

Rəylər

Do not miss

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda