UEFA Çempionlar Liqasında yarımfinal start götürüb. Novator.az-ın məlumatına görə, aprelin 30-da “Tottenhem”lə (İngiltərə) “Ayaks” (Hollandiya) üz-üzə gəliblər. Londonda keçirilən oyunda qonaqlar 1:0 hesabı ilə qələbə qazanıblar.
“Barselona” (İspaniya) – “Liverpul” (İngiltərə) matçı mayın 1-nə təyin edilib.
1955-ci ildə yaradılmış, 1991-ci ilə qədər Çempionlar kuboku adlanmış turnirdə “Liverpul” və “Barselona”nın 5, “Ayaks”ın 4 titulu var.