• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Vladimir Zelenski rəsmən prezident elan olundu

  • 30 Aprel 2019
  • comments
  • Novator.az
  • Posted in ManşetXəbər

Aprelin 30-da Ukraynanın Mərkəzi Seçki Komissiyası prezident seçkisinin ikinci turunun nəticələrini təsdiqləyib. Novator.az-ın məlumatına görə, şoumen Vladimir Zelenski 13 milyon 541 min 528 səslə (73,2%) aprelin 21-də keçirilmiş səsvermənin qalibi elan olunub. Prezident Pyotr Poroşenkonun 4 milyon 522 min 450 səs (24,4%) topladığı bəyan edilib.

Vladimir Zelenski 1978-ci il yanvarın 25-də Krivoy Roq şəhərində doğulub. İngilis dili təmayüllü gimnaziyada təhsil alıb, Krivoy Roq İqtisadiyyat İnstitutunu hüquqşünas diplomu ilə bitirib.

1997-ci ildə “95-ci kvartal” şən və hazırcavablar komandası yaradaraq onun kapitanı olub. 2003-cü ildən televiziyalarda müxtəlif şouların aparıcısı kimi ad çıxarıb, tamaşalarda, filmlərdə rollar alıb.

Prezident seçkisinə Vladimir Zelenski Xalq Xidmətçisi Partiyasının namizədi kimi qatılıb.

Vladimir Zelenski ölkənin yeddinci dövlət başçısıdır. Ona qədər 5 nəfər prezident seçilib, 1 nəfər isə prezident səlahiyyətlərini müvəqqəti icra edib.

1991-ci il avqustun 24-də müstəqilliyini elan edən zaman Ukraynada dövlət başçısı postunu 1934-cü il təvəllüdlü parlament sədri Leonid Kravçuk tutub.

1991-ci il dekabrın 1-də Leonid Kravçuk ümumxalq seçkisində Ukrayna prezidenti seçilib.

1994-cü ildə növbədənkənar prezident seçkisi keçirilib. İyulun 10-da – ikinci turda Leonid Kravçuk 1938-ci il təvəllüdlü Leonid Kuçmaya məğlub olub. Leonid Kuçma 1999-cu ildə prezident seçkisinin ikinci turunda (14 noyabr) postunu əlində saxlayıb.

2004-cü ilin prezident seçkisi üç mərhələdən ibarət olub. İkinci turun dekabrın 26-da keçirilmiş təkrar səsverməsində 1954-cü il təvəllüdlü Viktor Yuşşenko prezident seçilib.

2010-cu ilin prezident seçkisində – fevralın 7-də keçirilmiş ikinci turda 1950-ci il təvəllüdlü Viktor Yanukoviç dövlət başçısı seçilib.

2014-cü il fevralın 22-də Viktor Yanukoviç parlamentin qərarı ilə prezident vəzifəsindən uzaqlaşdırılıb, dövlət başçısı səlahiyyətləri 1964-cü il təvəllüdlü parlament sədri Aleksandr Turçinova ötürülüb.

2014-cü il mayın 25-də keçirilmiş növbədənkənar seçkidə 1965-ci il təvəllüdlü Pyotr Poroşenko prezident seçilib.

Şəhrizadın… tarzən Ramiz Quliyev nağılı (4)

  • 30 Aprel 2019
  • comments

Rusiyada neçə siyasi məhbus var?

  • 30 Aprel 2019
  • comments

About author

Novator.az

Son materiallar

comments
Xəbər

İllər, qiymətlər

GLOBALS:0
comments
Xəbər

Müstəqillik illərində əhalinin təbii artımı

GLOBALS:0
comments
Xəbər

Azərbaycan neftinin ünvanları

GLOBALS:0
comments
Xəbər

Xarici ticarətin dörd ayı

GLOBALS:0

Tags

  • Siyasət

Rəylər

Do not miss

comments
Xəbər

İllər, qiymətlər

Son materiallar

comments
Xəbər

İllər, qiymətlər

GLOBALS:0
comments
Xəbər

Müstəqillik illərində əhalinin təbii artımı

GLOBALS:0
comments
Xəbər

Azərbaycan neftinin ünvanları

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda