• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Müflisləşmə və iflas: qanun necə yeniləndi?

  • 30 Aprel 2019
  • comments
  • Novator.az
  • Posted in ManşetXəbər

Dövlət başçısı İlham Əliyev “Müflisləşmə və iflas haqqında” qanunda dəyişiklikləri imzalayıb. Novator.az bildirir ki, yeniliyə görə, qanunda istifadə edilən “borclu” anlayışı borclu müəssisəyə və fərdi borcluya aid olur.

Ödəmə qabiliyyətsizliyi anlayışının məzmunu yenilənir. Borclu o halda ödəmə qabiliyyəti olmayan sayılır ki, bunu özü təsdiq etsin, yaxud məhkəmə və ya kreditorlar müəyyən etsin ki:

a) borclu həyata və ya sağlamlığa vurulmuş zərərin ödənilməsi, alimentin tutulması, əmək və onunla bağlı münasibətlərindən yaranan öhdəliklər üzrə, müəlliflik müqaviləsinə görə ödənilən haqlar ilə bağlı kreditorlar qarşısında öhdəliklərini icra müddəti başladığı andan etibarən ardıcıl 2 ay ərzində tam icra etməyib;

b) borclu vergilər (faizlər və tətbiq edilmiş maliyyə sanksiyaları) və başqa dövlət ödənişlərini onların hesablandığı gündən etibarən ardıcıl 10 ay ərzində tam icra etməyib;

c) borclu digər kreditorlar qarşısında öhdəliklərini onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra etməyib.

Qanuna “İflas haqqında iş üzrə məhkəmə baxışı” adlı maddə əlavə olunur. Yeni maddəyə əsasən, iflas haqqında iş üzrə ərizəyə məhkəmə daxil olduğu gündən 1 ay müddətində baxır və həmin işin həllinə dair müvafiq qərar çıxarır. Çıxarılan qərardan şikayət verildiyi halda həmin şikayətə sonrakı instansiya məhkəmələrində ərizənin daxil olduğu gündən 1 ay müddətində baxılır və həmin işin həllinə dair müvafiq qərar çıxarılır. İşdə iştirak edən şəxslər məhkəmə iclası barədə həmin iclasa ən azı 5 iş günü qalmış xəbərdar edilməlidirlər. Ərizəçi eyni zamanda məhkəmə baxışının tarixinə 5 iş günü qalanadək həmin məhkəmə baxışı haqqında müvafiq icra hakimiyyəti orqanının rəsmi internet səhifəsində və rəsmi dövri mətbu nəşrdə elan dərc etdirməlidir.

İflas haqqında iş üzrə məhkəmənin müvafiq qərarından şikayətin verilməsi borclunun əmlakının satışının və kreditorlara ödənişlərin dayandırılmasına səbəb olur.

Məzənnələrin 4 ayı

  • 30 Aprel 2019
  • comments

Kabinet birinci rübə nöqtə qoydu

  • 30 Aprel 2019
  • comments

About author

Novator.az

Son materiallar

comments
Xəbər

Klub turnirlərinin qalibləri

GLOBALS:0
comments
Xəbər

Kubokda final

GLOBALS:0
comments
Xəbər

Beş ayın populyar adları

GLOBALS:0
comments
Xəbər

Vaxtı keçmiş kreditlər (2015-2025)

GLOBALS:0

Tags

  • Hüquq
  • Sosial

Rəylər

Do not miss

comments
Xəbər

Klub turnirlərinin qalibləri

Son materiallar

comments
Xəbər

Klub turnirlərinin qalibləri

GLOBALS:0
comments
Xəbər

Kubokda final

GLOBALS:0
comments
Xəbər

Beş ayın populyar adları

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda