• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

“Meydan TV”nin rəhbərliyində dəyişiklik (Xəbərə düzəliş edilib)

  • 29 Aprel 2019
  • comments
  • Novator.az
  • Posted in ManşetXəbər

“Meydan TV” internet televiziyasının rəhbərliyində dəyişiklik olub.

Aprelin 28-də Emin Milli “Meydan TV”nin direktoru postundan istefa verdiyini bəyan edib. O, üç ay müddətinə təhvil-təslim işlərini yekunlaşdırıb postundan gedəcəyini açıqlayıb.

Emin Milli deyib ki, 5 ildən çoxdur “Meydan TV”yə rəhbərlik edir və bir adamın uzun müddət eyni vəzifədə qalmasını doğru saymır. Onun fikrincə, liderlər vaxtaşırı öz yerlərini daha gənc, daha bilikli, daha çevik kadrlara verib getməlidirlər.

1979-cu ildə Bakıda doğulan Emin Milli Bakı Dövlət Universitetinin beynəlxalq hüquq və beynəlxalq münasibətlər fakültəsini bitirib. Almaniyada – Avropa Saarbrueken Hüquq Məktəbində magistr dərəcəsi alıb. 1999-2000-ci illərdə Bakıda Beynəlxalq Respublikaçılar İnstitutunda koordinator, 2002-2004-cü ildə Fridrix Ebert Fondunun Azərbaycan üzrə direktoru işləyib. 2002-2004-cü illərdə Avropa Şurasının Azərbaycanda siyasi məhbuslar üzrə hüquqşünası və məsləhətçisi olub. 2005-ci ildə ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun seçki müşahidə missiyasının siyasi təhlilçisinin köməkçisi işləyib. “Alumni Network” Gənclər Şəbəkəsinin nümayəndəsi, “ANTV” (Alumni Network TV) şəbəkəsinin təsisçilərindən biridir.

Emin Milli 2009-cu il iyulun 8-də Bakıda gənc fəal Adnan Hacızadə ilə birgə həbs olunub. Adnan Hacızadəyə 2 il, Emin Milliyə 2 il 6 ay həbs cəzası kəsilib. Onlar qəsdən sağlamlığa az ağır zərər vurma və xuliqanlıq maddələri üzrə təqsirli biliniblər. Lakin Adnan və Emin həbslərinin siyasi motivli olduğunu bəyan ediblər. Hər iki şəxs 2010-cu ilin noyabrında məhkəmə qərarları ilə azadlığa çıxıblar.

Emin Milli 2012-ci ildə ölkədən mühacirət edib və həmin vaxtdan Almaniyada məskunlaşıb. “Meydan TV”ni 2013-cü ildə yaradıb. Qurumun baş ofisi Almaniyanın paytaxtı Berlində yerləşir.

2017-ci ilin mayın 12-dən “Meydan TV” internet televiziyasının Meydan.tv saytına girişə Azərbaycan ərazisində məhdudiyyət qoyulub.

Məhdudiyyət “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanun dəyişəndən sonra, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Mərkəzinin iddiası, Səbail Rayon Məhkəməsinin qərarı ilə tətbiq edilib.

Ramazan nə vaxt başlayır?

  • 29 Aprel 2019
  • comments

7-ci zirvə?

  • 29 Aprel 2019
  • comments

About author

Novator.az

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Dublin yəhudisinin odisseyası

GLOBALS:0

Tags

  • Media

Rəylər

Do not miss

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda