• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Bayram Məmmədov azadlığa çıxıb

  • 29 Aprel 2019
  • comments
  • Novator.az
  • Posted in ManşetXəbər

Gənc fəal Bayram Məmmədov 30 sutkalıq həbs cəzasını başa vuraraq azadlığa çıxıb.

Bayram Məmmədova inzibati həbs cəzasını martın 30-da Sabunçu Rayon Məhkəməsi vermişdi. Gənc fəal polisin qanuni tələbinə tabe olmamaqda təqsirli bilinmişdi.

Bayram Məmmədov qərarı siyasi sifariş sayır. O, inzibati həbs məntəqəsində işgəncələrə və təhqirlərə məruz qaldığını bəyan edib. Aprelin birinci ongünlüyündə gənc fəalın şikayətinə baxan Bakı Apellyasiya Məhkəməsi həbs qərarını qüvvədə saxlayıb, işgəncə şikayətinin araşdırılması üçün isə prokurorluğa təqdimat göndərilməsinə qərar verib.

Bayram Məmmədov digər gənc fəal Qiyas İbrahimovla birgə 2016-cı il mayın 10-dan həbsdə olub. Həmin il Bakı Ağır Cinayətlər Məhkəməsi onları külli miqdarda narkotik vasitə saxlamaqda təqsirli bilərək 10 il müddətinə azadlıqdan məhrum edib. Sonradan Qiyas İbrahimovun cəzası 3 ay artırılıb.

Müdafiəçiləri onların həbsini siyasi sifariş sayıb. Onlar bildiriblər ki, 2016-cı il mayın 10-na keçən gecə mərhum prezident Heydər Əliyevin Bakının mərkəzindəki abidəsinə etiraz şüarları yazılıb, gənclər bu şüarlara görə tutulublar.

2019-cu il martın 17-də hər iki gənc prezidentin əfv sərəncamı ilə azadlığa buraxılıb.

Şəhrizadın… tarzən Ramiz Quliyev nağılı (3)

  • 29 Aprel 2019
  • comments

Hərbə ən çox vəsait xərcləyən ölkələr

  • 29 Aprel 2019
  • comments

About author

Novator.az

Son materiallar

comments
Xəbər

İllər, qiymətlər

GLOBALS:0
comments
Xəbər

Müstəqillik illərində əhalinin təbii artımı

GLOBALS:0
comments
Xəbər

Azərbaycan neftinin ünvanları

GLOBALS:0
comments
Xəbər

Xarici ticarətin dörd ayı

GLOBALS:0

Tags

  • Gənclər
  • Hüquq

Rəylər

Do not miss

comments
Xəbər

İllər, qiymətlər

Son materiallar

comments
Xəbər

İllər, qiymətlər

GLOBALS:0
comments
Xəbər

Müstəqillik illərində əhalinin təbii artımı

GLOBALS:0
comments
Xəbər

Azərbaycan neftinin ünvanları

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda