Hüquqşünas Yalçın İmanov Sumqayıt Apellyasiya Məhkəməsinin qərarından Ali Məhkəməyə şikayət verib.
Novator.az bildirir ki, Yalçın İmanov davamlı məhkəmə çəkişmələrinə Vəkillər Kollegiyasının qərarı üzündən cəlb olunub. Vəkillər Kollegiyası Rəyasət Heyətinin 20 noyabr 2017-ci il qərarı ilə Yalçın İmanovun vəkillik fəaliyyətinə xitam verilməsi üçün məhkəməyə müraciət olunub. Məhkəmə baxışına qədər Yalçın İmanovun vəkillik fəaliyyəti dayandırılıb.
Rəyasət Heyətinin qərarı Penitensiar Xidmət rəhbərliyinin şikayəti əsasında çıxarılıb. Həmin şikayətdə bildirilib ki, Yalçın İmanov hüquqlarını müdafiə etdiyi Abbas Hüseynova Qobustan həbsxanasında işgəncə verilməsi haqda yalan məlumat yayıb.
Bu il fevralın 22-də Gəncə İnzibati-İqtisadi Məhkəməsi iş üzrə yekun qərar çıxarıb, Yalçın İmanovun vəkillik fəaliyyətinə xitam verib.
Ötən il Gəncə İnzibati-İqtisadi Məhkəməsində ilkin baxış zamanı Yalçın İmanovun 20 noyabr 2017-ci il qərarının ləğvi barədə qarşılıqlı iddiası icraata götürülməyib. Bundan sonra Yalçın İmanov Gəncə Apellyasiya Məhkəməsində və Ali Məhkəmədə çəkişmələr aparsa da, nəticə əldə edə bilməyib. Məhkəmələr onun Rəyasət Heyətinə qarşılıqlı iddiasını icraata götürməməyi iddianın müstəqil tələb olması ilə əsaslandırıb. Bunu nəzərə alan hüquqşünas müstəqil tələblə inzibati-iqtisadi instansiyaya şikayət edib, Rəyasət Heyətinin 20 noyabr 2017-ci il qərarının ləğvini istəyib.
Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə şikayətində hüquqşünas Rəyasət Heyətinin 20 noyabr 2017-ci il iclasının qərarının surətinin ona təqdim olunmadığını bildirib. Ancaq həmin prosesdə də qərarın surəti ortaya çıxarılmayıb. Fevralın 13-də Vəkillər Kollegiyasının nümayəndəsi vəsatət qaldıraraq bildirib ki, qərarın qəbulundan sonra, 2018-ci il yanvarın 4-də protokoldan çıxarış Yalçın İmanova təqdim olunub, ancaq o, məhkəməyə müraciət üçün qanunla müəyyən edilən bir aylıq müddəti ötürüb və iddiaya baxılması mümkün sayıla bilməz. Hakim bu vəsatəti təmin edib, iddiaya baxışı dayandırıb.
Sumqayıt Apellyasiya Məhkəməsinə üz tutan Yalçın İmanov bu qərardadın ləğvini istəyib. Ancaq Sumqayıt Apellyasiya Məhkəməsi şikayəti təmin etməyib. Qərar aprelin 2-də çıxarılıb.
Hüquqşünas Gəncə Apellyasiya Məhkəməsinə də şikayət edib. O, apellyasiya instansiyasından Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 22 fevral 2019-cu il qərarının ləğvini istəyir.
Çarmıxa çəkən kimdir, çarmıxa çəkilən kim?
Yalçın İmanovun vəkillik fəaliyyəti dayandırıldı
İradə Cavadova: “Yalçın İmanovun məsələsində töhmətə də yer yoxdur”
Milli Şuradan vəkillik çağırışı
Məhbus ailələri Yalçın İmanovla bağlı konfrans keçiriblər
Beynəlxalq təşkilat vəkil üçün ədalət istəyir
Yalçın İmanov cəza qərarını ala bilmir
Yalçın İmanov prosesi Gəncədə olacaq
Yalçın İmanovun işi: ilkin baxışda nə üzə çıxıb?
Yalçın İmanov Ali Məhkəməyə üz tutur
Hüquqşünasın işi yeni mərhələdə
Yalçın İmanov prosesi təyin olunub
Yalçın İmanovun şikayətinə bu ay baxılacaq
Yalçın İmanovun şikayəti təmin olunmadı
Yalçın İmanovun şikayəti: yenə məhkəmə olacaq
Paytaxt məhkəməsi işi Sumqayıta göndərdi
Yalçın İmanovun işi: bir prosesin vaxtı bilindi
Yalçın İmanov: çəkişmələr davam edir
Məhkəmə Yalçın İmanovun iddiasına baxmağı mümkün saymadı
Yalçın İmanovun işi yekun qərara gedir
Məhkəmə Yalçın İmanovun vəkilliyinə xitam verdi
Məhkəmə Yalçın İmanovun şikayətinə baxacaq