• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Müsavatçı fəalın cəzası dəyişmədi

  • 26 Aprel 2019
  • comments
  • Novator.az
  • Posted in Xəbər

Bakı Apellyasiya Məhkəməsi Müsavat Gənclər Təşkilatının sədri Əbülfəz Sadıqbəylinin şikayətinə baxışı başa çatdırıb.

Əbülfəz Sadıqbəyli 2018-ci ilin noyabrında həbs edilib. Partiya fəalı dələduzluq və saxta sənəd hazırlayıb ondan istifadə etməkdə ittiham olunub. Rəsmi ittihama əsasən, Əbülfəz Sadıqbəyli yol polisinə “Nikoyl” bankının krediti ilə aldığı “Niva” markalı avtomobilə görə borclu qaldığı pulun ödənməsi barədə Qaradağ filialından saxta arayış təqdim edərək maşını öz mülkiyyətinə keçirib, daha sonra satıb.

Bu il martın 6-da Qaradağ Rayon Məhkəməsi Əbülfəz Sadıqbəyliyə 1 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası kəsib, o, məhkəmə zalından azadlığa buraxılıb.

Bəraət istəyən gənc fəal apellyasiya instansiyasına üz tutub.

“Amerikanın səsi” xəbər verir ki, aprelin 25-də Bakı Apellyasiya Məhkəməsi Əbülfəz Sadıqbəylinin bu istəyini təmin etməyib, əvvəlki hökmü qüvvədə saxlayıb.

Əbülfəz Sadıqbəyli qərardan kassasiya şikayəti vermək niyyətindədir.

Novator.az bildirir ki, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs bu vəzifələri yerinə yetirməlidir: yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq.

Məhkəmə məhkum üçün bu əlavə vəzifələr müəyyən edə bilər: kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək; alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək; məhkumun islah olunmasına kömək edən digər vəzifələr.

Mustafa Hacıbəyliyə bəraət verilmədi

  • 26 Aprel 2019
  • comments

Finiş yolunda durum

  • 26 Aprel 2019
  • comments

About author

Novator.az

Son materiallar

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
comments
Xəbər

Bir kursun xərci

GLOBALS:0

Tags

  • Gənclər
  • Hüquq
  • Siyasət

Rəylər

Do not miss

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

Son materiallar

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda