• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Çində Azərbaycan-Rusiya müzakirələri

  • 26 Aprel 2019
  • comments
  • Novator.az
  • Posted in Xəbər

Pekində beynəlxalq foruma qatılan prezident İlham Əliyev aprelin 26-sı rusiyalı həmkarı Vladimir Putinlə bir araya gəlib. AZƏRTAC-ın məlumatına görə, İlham Əliyevi salamlayan Vladimir Putin deyib: “Sizi görməyimə şadam. Bizim kuluarlarda bir-birimizlə qısa söhbət etmək imkanımız olub. Sizinlə daha geniş tərkibdə söhbət etmək imkanına görə şadam. Biz mütəmadi görüşürük, həm fikir mübadiləsi aparmaq, mövqelərimizi müqayisə etmək, həm də birgə işimizi bir növ təshih etmək imkanımız olur. Birgə işimiz çox yaxşı gedir.

Ticari-iqtisadi əlaqələrimiz inkişaf edir. Biz Sizin təşəbbüsünüzlə ticari-iqtisadi sahədə xüsusi qarşılıqlı fəaliyyət mexanizmi yaratmışıq. Zənnimcə, bu təşəbbüs yaxşı inkişaf edir. Bütövlükdə bizim münasibətlərin inkişafından məmnunuq”.

İlham Əliyev qeyd edib ki, liderlərin görüşləri iki ölkənin münasibətlərinin inkişafına çox ciddi təkan verir: “Biz müntəzəm görüşürük və bütün sahələrdə əməkdaşlığın, qarşılıqlı fəaliyyətin çox mühüm məsələlərini həll edirik. Münasibətlərimizin inkişafından çox məmnunuq. Onlar bütün sahələri əhatə edir və fəal siyasi dialoq aparılır. Biz əmtəə dövriyyəsinin artmasını müşahidə edirik. Konkret layihələrin irəlilədilməsi üçün xüsusi mexanizm mövcuddur. Biznes dairələri birgə işləməyə çox böyük maraq göstərirlər. Əlbəttə, nəqliyyat-logistika sahəsi əməkdaşlığın mühüm istiqamətidir. Burada da, energetika, kənd təsərrüfatı, humanitar əməkdaşlıq sahələrində də yaxşı nəticələrimiz var”.

Görüşdə siyasi, iqtisadi, energetika, infrastruktur, investisiya, kənd təsərrüfatı, neft-qaz, nəqliyyat, sənaye, əczaçılıq, təhsil, mədəniyyət, humanitar sahələrdə əməkdaşlığın, o cümlədən Şimal-Cənub nəqliyyat dəhlizinin inkişaf perspektivləri müzakirə olunub.

Söhbət zamanı Dağlıq Qarabağ münaqişəsinə də toxunulub.

5 ildə Krıma 65 mindən çox rusiyalı köçürülüb

  • 26 Aprel 2019
  • comments

Üç ayda Ermənistan iqtisadiyyatı 6,5% artıb

  • 26 Aprel 2019
  • comments

About author

Novator.az

Son materiallar

comments
Xəbər

Əhali hesabatı

GLOBALS:0
comments
Xəbər

Hasilat, qiymət

GLOBALS:0
comments
Xəbər

Orta maaş nə qədər artıb?

GLOBALS:0
comments
Xəbər

Rəsmi qəzetlərdə azalma

GLOBALS:0

Tags

  • Siyasət

Rəylər

Do not miss

comments
Xəbər

Əhali hesabatı

Son materiallar

comments
Xəbər

Əhali hesabatı

GLOBALS:0
comments
Xəbər

Hasilat, qiymət

GLOBALS:0
comments
Xəbər

Orta maaş nə qədər artıb?

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda