AZƏRTAC-ın 26 aprel məlumatına görə, London birjasında brent markalı neftin bir barreli 74,19 dollara, Nyu-York birjasında layt markalı neftin bir barreli 64,92 dollara təklif olunur.
“AzəriLayt” markalı Azərbaycan neftinin bir barrelinin 77,23 dollara qalxdığı bildirilir.
Azərbaycanın 2019-cu il büdcəsində neftin qiyməti 60 dollardan götürülüb. “AzəriLayt” yanvara 57,19, fevrala 63,69, marta 67,62, aprelə 70,82 dollarla start verib. İlin əvvəlindən bəri Azərbaycan nefti 20 dollardan çox bahalaşıb.