• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Pekin müzakirələri

  • 25 Aprel 2019
  • comments
  • Novator.az
  • Posted in ManşetXəbər

Pekin səfərində olan prezident İlham Əliyev aprelin 24-də Çin Xalq Respublikasının sədri Si Cinpinlə görüşüb. Si Cinpin prezidenti salamlayaraq onun “Bir kəmər, bir yol” beynəlxalq əməkdaşlıq forumuna gəlməsini yüksək qiymətləndirib: “Azərbaycan və şəxsən Siz Çin-Azərbaycan münasibətlərinin inkişafına, “Bir kəmər, bir yol” təşəbbüsünün birlikdə reallaşdırılmasına böyük diqqət yetirirsiniz. Bunu yüksək qiymətləndiririk. Azərbaycan Avrasiya məkanında əməkdaşlıq üzrə Çinin əsas tərəfdaşlarından biridir. Siz həm də “Bir kəmər, bir yol” layihəsinin reallaşdırılmasına ilk olaraq münasibət bildirənlərdən və bu işdə fəal iştirak edənlərdən birisiniz.

Sizin ölkəniz Böyük İpək Yolu üzərində yerləşir və bu yolun bərpasında təbii tərəfdaşdır. Bizim əməkdaşlığımızın artıq bir sıra nəticələri var və xalqlarımıza real fayda verir. Sizinlə birlikdə ortaq səylərimizlə “Bir kəmər, bir yol” layihəsinin reallaşdırılmasını davam etdirməyə, birgə inkişaf və firavanlıq naminə bütün sahələrdə qarşılıqlı faydalı əməkdaşlığı daim dərinləşdirməyə hazıram”.

İlham Əliyev dəvətə görə təşəkkür edib: “Biz “Bir kəmər, bir yol” forumunda iştirak etməyə dəvət olunmağımızı ölkəmizə xüsusi hörmət əlaməti, mənə münasibətdə dostluq əlaməti hesab edirik. Biz birgə səylərimizlə əməkdaşlığımızı irəlilədirik, bundan sonrakı qarşılıqlı fəaliyyətin yollarını müəyyən edirik.

Bu forumun keçirilməsi çox böyük əhəmiyyət kəsb edir. Azərbaycan lap əvvəldən Sizin təşəbbüsünüzü dəstəkləyib və bu layihəni bizim irəli sürdüyümüz təşəbbüslər çərçivəsində fəal irəlilədir. 2015-ci ildə Sizin ölkənizə dövlət səfərində biz “İpək Yolu İqtisadi Kəməri” haqqında anlaşma memorandumunu imzaladıq. Bu gün bizim siyasi münasibətlərimiz yüksək səviyyədədir. Biz beynəlxalq təşkilatlarda fəal qarşılıqlı əlaqə saxlayırıq”.

Söhbət zamanı infrastruktur, logistika, energetika, turizm, kənd təsərrüfatı, investisiya, informasiya-kommunikasiya texnologiyaları, təhsil və humanitar sahələrdə, o cümlədən hüquq mühafizə orqanları arasında əməkdaşlıq və beynəlxalq terrorizmə qarşı mübarizə sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunub.

AZƏRTAC-ın məlumatına görə, İlham Əliyev həmin gün Çin Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü, Çin Xalq Siyasi Məşvərət Şurasının sədri Van Yanla görüşüb. Görüşdə Çin-Azərbaycan münasibətlərinin və iqtisadi sahədə əməkdaşlığın inkişafı, ticarət dövriyyəsinin artırılması, beynəlxalq təşkilatlarda qarşılıqlı dəstək, investisiya qoyuluşu və digər məsələlərə toxunulub.

İlham Əliyev “ZTE” Korporasiyasının sədri Li Cisue və “CETC” Korporasiyasının baş direktoru Vu Mançinlə də bir araya gəlib.

Rusiya işğalçı rejimlərin sakinlərinə vətəndaşlıq ...

  • 24 Aprel 2019
  • comments

Avronun eniş rekordu

  • 25 Aprel 2019
  • comments

About author

Novator.az

Son materiallar

comments
Xəbər

Demoqrafik göstəricilər

GLOBALS:0
comments
Xəbər

Yeddi ayın hesabatı

GLOBALS:0
comments
Xəbər

“İnanmaq istəyirəm ki, Eldar Həsənov azadlığa buraxılacaq”

GLOBALS:0
comments
Dünyanın səsiManşetŞərh

“Foks Nyus”: Azərbaycan və Ermənistan narahatlığı səngitməyə çalışır

GLOBALS:0

Tags

  • Siyasət
  • Sosial

Rəylər

Do not miss

comments
Xəbər

Demoqrafik göstəricilər

Son materiallar

comments
Xəbər

Demoqrafik göstəricilər

GLOBALS:0
comments
Xəbər

Yeddi ayın hesabatı

GLOBALS:0
comments
Xəbər

“İnanmaq istəyirəm ki, Eldar Həsənov azadlığa buraxılacaq”

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda