Aprelin 25-i Xəzər rayonunun Mərdəkan qəsəbəsində keçirilən işgüzar forumda Bakı qəsəbələrində fəaliyyət göstərən sahibkarlara 10,7 milyon manat güzəştli kredit verilib. AZƏRTAC-ın arayışına görə, kreditlər heyvandarlıq, quşçuluq, müasir istixana kompleksinin yaradılmasına və sair sahələrə yönəldiləcək, investisiya layihələrinin reallaşdırılması 300-dək yeni iş yerinin açılmasına imkan yaradacaq.
İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov deyib ki, indiyədək Bakı və onun qəsəbələrində fəaliyyət göstərən sahibkarlıq subyektləri 2500-dən çox investisiya layihəsi üçün 600 milyon manat güzəştli kredit alıb. Ölkə üzrə bu il 215 investisiya layihəsinin maliyyələşdirilməsinə 33,7 milyon manat güzəştli kredit ayrılıb.