Novator.az yenidən 2018-ci il üzrə maliyyə hesabatı vermiş siyasi partiyaların siyahısına nəzər salıb.
Qanunvericiliyə görə, siyasi partiyalar aprelin 1-dən gec olmayaraq Mərkəzi Seçki Komissiyasına illik maliyyə hesabatı təqdim etməlidir.
Aprelin 24-dək 55 rəsmi siyasi partiyadan 48-i hesabat verib: Yeni Azərbaycan Partiyası, Xalq Demokratik Partiyası, Azərbaycan Naminə Alyans Partiyası, Birlik Partiyası, Liberal Partiyası, Böyük Quruluş Partiyası, Demokratik Maarifçilik Partiyası, Sosial Demokrat Partiyası, Respublikaçılar Partiyası, Liberal Demokrat Partiyası, Milli Dirçəliş Hərəkatı Partiyası, Yurddaş Partiyası, Kommunist Partiyası, Azərbaycan Mübarizləri Partiyası, Klassik Xalq Cəbhəsi Partiyası, Vətəndaş Həmrəyliyi Partiyası, Xalq Partiyası, Milli Konqres Partiyası, Ədalət Partiyası, Milli Vəhdət Partiyası, Böyük Azərbaycan Partiyası, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası, Qorqud Partiyası, Demokratik Azərbaycan Dünyası Partiyası, Vahid Azərbaycan Partiyası, Təkamül Partiyası, Azad Respublikaçılar Partiyası, Demokrat Partiyası, Kəndli Partiyası, Sosial Ədalət Partiyası, Vətəndaş Birliyi Partiyası, Milli Demokrat İdrak Partiyası, Ana Vətən Partiyası, Müsavat Partiyası, Milli Demokrat Partiyası, Demokratik İslahatlar Partiyası, Vətəndaş və İnkişaf Partiyası, Vəhdət Partiyası, Tərəqqi Partiyası, Azərbaycan Xalq Cəbhəsi Partiyası, Milli İstiqlal Partiyası, Sosial Rifah Partiyası, Milli Hərəkat Partiyası, Vahid Azərbaycan Milli Birlik Partiyası, Aydınlar Partiyası, Azadlıq Partiyası, Müasir Musavat Partiyası, Ümid Partiyası.
Hesabat verməyən 7 partiya bunlardır: Dirçəliş və Tərəqqi Partiyası, Müstəqil Azərbaycan Partiyası, Milli Qurtuluş Partiyası, Milli Dövlətçilik Partiyası, Vətənpərvərlər Partiyası, Demokratik Sahibkarlar Partiyası, Vahid Kommunist Partiyası.