• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Zelenskiyə qədər

  • 22 Aprel 2019
  • comments
  • Novator.az
  • Posted in AktualManşetŞərh

Ukraynada aprelin 21-də keçirilmiş prezident seçkisinin – ikinci turun qalibi olan Vladimir Zelenski ölkənin yeddinci dövlət başçısıdır. Vladimir Zelenskiyə qədər 5 nəfər prezident seçilib, 1 nəfər isə prezident səlahiyyətlərini müvəqqəti icra edib.

Novator.az bildirir ki, 1991-ci il avqustun 24-də müstəqilliyini elan edən zaman Ukraynada dövlət başçısı postunu 1934-cü il təvəllüdlü parlament sədri Leonid Kravçuk tutub. O, 1990-cı il iyulun 23-dən Ali Sovetin, 1991-ci il avqustun 24-dən Ali Radanın sədri olub.

1991-ci il dekabrın 1-də Leonid Kravçuk ümumxalq seçkisində Ukrayna prezidenti seçilib, dekabrın 5-də səlahiyyətlərinin icrasına başlayıb.

1994-cü ildə növbədənkənar prezident seçkisi keçirilib. İyulun 10-da – ikinci turda Leonid Kravçuk 1938-ci il təvəllüdlü Leonid Kuçmaya məğlub olub. İyulun 19-da səlahiyyətlərinin icrasına başlayan Leonid Kuçma 1999-cu ildə prezident seçkisinin ikinci turunda (14 noyabr) postunu əlində saxlayıb.

2004-cü ilin prezident seçkisi üç mərhələdən ibarət olub. İkinci turun dekabrın 26-da keçirilmiş təkrar səsverməsində 1954-cü il təvəllüdlü Viktor Yuşşenko prezident seçilib, 2005-ci il yanvarın 23-də səlahiyyətlərinin icrasına başlayıb.

2010-cu ilin prezident seçkisində – fevralın 7-də keçirilmiş ikinci turda 1950-ci il təvəllüdlü Viktor Yanukoviç dövlət başçısı seçilib, fevralın 25-də səlahiyyətlərinin icrasına başlayıb.

2014-cü il fevralın 22-də Viktor Yanukoviç parlamentin qərarı ilə prezident vəzifəsindən uzaqlaşdırılıb, dövlət başçısı səlahiyyətləri 1964-cü il təvəllüdlü parlament sədri Aleksandr Turçinova ötürülüb.

2014-cü il mayın 25-də keçirilmiş növbədənkənar seçkidə 1965-ci il təvəllüdlü Pyotr Poroşenko prezident seçilib, iyunun 7-də səlahiyyətlərinin icrasına başlayıb.

2019-cu il aprelin 21-də – prezident seçkisinin ikinci turunda Pyotr Poroşenko 1978-ci il təvəllüdlü Vladimir Zelenskiyə uduzub.

Krivoy Roq İqtisadiyyat İnstitutunu hüquqşünas diplomu ilə bitirən Vladimir Zelenski şoumen və aktyor kimi tanınıb. O, prezident seçkisinə Xalq Xidmətçisi Partiyasının namizədi kimi qatılıb.

Müdrikliyin Çingiz Hüseynov zirvəsi

  • 22 Aprel 2019
  • comments

Dövlət dilinin tətbiqinə nəzarət qurumu ilə bağlı ...

  • 22 Aprel 2019
  • comments

About author

Novator.az

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
Dünyanın səsiŞərh

ABŞ aqrar təcavüzə məruz qaldığını bildirir

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Dublin yəhudisinin odisseyası

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Başına döndüklərim

GLOBALS:0

Tags

  • Siyasət

Rəylər

Do not miss

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
Dünyanın səsiŞərh

ABŞ aqrar təcavüzə məruz qaldığını bildirir

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Dublin yəhudisinin odisseyası

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda