• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Nantda Azərbaycan məktəbi

  • 22 Aprel 2019
  • comments
  • Novator.az
  • Posted in Xəbər

Aprelin 20-si Fransanın Nant şəhərində Azərbaycan məktəbinin açılışı olub. Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə yaradılan, “Qarabağ” məktəbi adlandırılan təhsil ocağının açılışına Fransada yaşayan 90 nəfərə yaxın azərbaycanlı qatılıb. Məktəb fəaliyyətə başlayana qədər ərazidə yaşayan ailələrdən 25 uşaq şagird kimi qeydiyyatdan keçib.

Məktəbin açılışına Azərbaycanın Fransadakı səfirliyinin siyasi məsələlər üzrə müşaviri Eldar Məmmədov, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, Türkiyənin Nantdakı baş konsulu Ebrar Çubukçu, Azərbaycanın Fransadakı səfirliyinin konsulluq məsələlərinə məsul katibi Zaur Fərhadov, Fransa Azərbaycanlıları Koordinasiya Şurasının əlaqələndiricisi, Nantda fəaliyyət göstərən Fransa Azərbaycanlıları Mədəniyyət Assosiasiyasının rəhbəri Toğrul Zeynalov, Fransa Azərbaycanlıları Koordinasiya Şurasının üzü olan təşkilatların nümayəndələri qatılıb.

Giriş sözü ilə çıxış edən Fuad Muradov “Qarabağ” məktəbinin əhəmiyyətindən danışıb və bu cür uğurlu layihələrin davamlı olmasının vacibliyini qeyd edib. Məktəbə “Qarabağ” adının verilməsinin də xüsusi bir siyasi məna kəsb etdiyini bildirən komitə sədri gələcəkdə bu adda məktəblərin açılmasının geniş vüsət alacağını bildirib.

O eyni zamanda Fransada Azərbaycan və türk diasporlarının birgə fəaliyyətinin vacibliyindən danışıb.

Türkiyənin Nantdakı baş konsulu Ebrar Çubukçu təbrik çıxışında qeyd edib ki, Nantda Azərbaycan məktəbinin açılması vacib və əhəmiyyətli addımdır. O bildirib ki, bu məktəbin yaxınlığında türk dərnəyi fəaliyyət göstərir və gələcəkdə məktəblə dərnək arasında sıx əlaqə qurulacaq.

Yeni məktəbdə kitabxana da fəaliyyət göstərir. Orada Azərbaycan haqqında həm fransız, həm də Azərbaycan dilində kitablar toplanıb.

Azərbaycan-Türkiyə birgə təlimi keçiriləcək

  • 22 Aprel 2019
  • comments

Müdrikliyin Çingiz Hüseynov zirvəsi

  • 22 Aprel 2019
  • comments

About author

Novator.az

Son materiallar

comments
Xəbər

Azərbaycan neftinin ünvanları

GLOBALS:0
comments
Xəbər

Xarici ticarətin dörd ayı

GLOBALS:0
comments
Xəbər

“Qarabağ”lı turnir

GLOBALS:0
comments
Xəbər

Avropa meydanlarında

GLOBALS:0

Tags

  • Elm
  • Gənclər
  • Mədəniyyət
  • Təhsil

Rəylər

Do not miss

comments
Xəbər

Azərbaycan neftinin ünvanları

Son materiallar

comments
Xəbər

Azərbaycan neftinin ünvanları

GLOBALS:0
comments
Xəbər

Xarici ticarətin dörd ayı

GLOBALS:0
comments
Xəbər

“Qarabağ”lı turnir

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda