• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

“Gənc iqtisadçı” layihəsində nələr oldu?

  • 18 Aprel 2019
  • comments
  • Novator.az
  • Posted in Xəbər

“Gənc iqtisadçı” layihəsi başa çatıb. Yekun tədbirdə danışan layihə rəhbəri, Sahibkarlığa və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondunun prezidenti Sabit Bağırov deyib ki, məqsədləri siyasət yazısı hazırlaya bilən gənc mütəxəssislər yetişdirmək olub. “Azərbaycanın ali məktəblərində siyasət yazılarının hazırlanması, bir qayda olaraq, tədris edilmir, məzunlar dövlət qurumu və ya tədqiqat mərkəzində fəaliyyətə başlayanda bu və ya digər problemi araşdırıb praktik tövsiyə və təkliflərin hazırlanmasında çətinliklər çəkir”.

Sabit Bağırovun fikrincə, əksər hallarda mütəxəssislərin hazırladığı yazılar elmi məqalə xarakteri daşıyır. “Elmi məqalə ilə siyasət yazısının arasında böyük fərq var. Birincisi əsasən alimlərə ünvanlanmış olur, ikincisi isə qərar qəbul edənlər üçün hazırlanır. Bu da siyasət yazısının strukturunun, dilinin və həcminin müəyyən tələblərə uyğun olmasını tələb edir”.

Beynəlxalq Özəl Sahibkarlıq Mərkəzinin dəstəyi ilə həyata keçirilən layihədə 11 müxtəlif iqtisadi mövzuda siyasət yazısı hazırlanıb. Layihəyə 31 gənc cəlb olunub, 11 nəfər gənc ekspert formalaşıb. Öncə onlara təlimlər keçirilib, tanınmış ekspertlərdən hər bir gəncə mentor-məsləhətçi təyin edilib, tələbələrə mövzu seçmək imkanı verilib.

Layihənin ekspertlərindən olan professor Rasim Həsənov deyib ki, layihə gənc mütəxəssislərin yetişməsində xüsusi rol oynayıb.

Xəzər Universitetinin professoru İnqilab Əhmədov gənc mütəxəssislərə ingilis dilinə yiyələnməyi tövsiyə edib: “Əsas resurslar əsasən ingilis dilindədir. Buna görə də ingilis dilini bilmək çox vacibdir”.

Konsaltinq biznesi ilə məşğul olan şirkət rəhbəri İlkin Qarayev biznesin kadrlara ehtiyacı olduğunu deyib, layihəni bu baxımdan faydalı saydığını vurğulayıb.

İqtisadçı ekspert Rövşən Ağayev layihənin gözləniləndən də yaxşı alındığını deyib.

Ekspert qrupunun üzvü Qalib Toğrul qeyd edib ki, layihə gənclər üçün böyük məktəb oldu: “İştirakçılar öz təkliflərini təqdim etməyi öyrəndilər. Bu tələbələrin potensialından istifadə etmək lazımdır”

Gənc mütəxəssislərdən Lamiə Xudiyeva layihənin onlara yeni imkanlar yaratdığını deyib: “Bizə nəyisə dəyişmək təklifini vermək imkanı yaratdınız. Bu layihədə öyrəndiklərimiz gələcək tədqiqatlarımızda xüsusi rol oyanyacaq”.

Layihənin nəticəsi olaraq 11 siyasət sənədinin əks olunduğu “Gənc iqtisadçıların siyasət yazıları toplusu” nəşr edilib. Siyasət yazılarında əksini tapan təkliflərin yaxın zamanda hökumətə təqdim ediləcəyi bildirilir.

Moskva razılaşması haqqında bir neçə söz

  • 18 Aprel 2019
  • comments

Yaxın xariclə ticarət əlaqələri

  • 18 Aprel 2019
  • comments

About author

Novator.az

Son materiallar

comments
Xəbər

“Avroviziya”: qalib, qaliblər

GLOBALS:0
comments
Xəbər

Beşlikdə bir sual

GLOBALS:0
comments
Xəbər

Bazel finalçıları

GLOBALS:0
comments
Xəbər

Nikah artıb, boşanma azalıb

GLOBALS:0

Tags

  • Gənclər
  • Sosial

Rəylər

Do not miss

comments
Xəbər

“Avroviziya”: qalib, qaliblər

Son materiallar

comments
Xəbər

“Avroviziya”: qalib, qaliblər

GLOBALS:0
comments
Xəbər

Beşlikdə bir sual

GLOBALS:0
comments
Xəbər

Bazel finalçıları

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda