• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

İstanbul seçkisi yenilənə bilər

  • 17 Aprel 2019
  • comments
  • Novator.az
  • Posted in ManşetXəbər

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası Ali Seçki Qurumuna müraciət edərək İstanbul bələdiyyəsinə seçkinin nəticələrinin ləğvini istəyib.

Martın 31-də keçirilmiş bələdiyyə seçkilərinin nəticələri ölkənin ən böyük şəhəri ətrafında böyük mübahisə doğurub. İstanbulda müxalif Cümhuriyyət Xalq Partiyasından Əkrəm İmamoğlu bələdiyyə başçısı seçilib. Bələdiyyə başçısı postuna Türkiyənin sonuncu baş naziri, parlamentin keçmiş sədri Binəli Yıldırımı namizəd göstərmiş Ədalət və İnkişaf Partiyası bununla barışmayıb, partiyanın şikayəti əsasında bəzi seçki bölgələrində səslər yenidən sayılıb, amma nəticə dəyişməyib.

Novator.az-ın məlumatına görə, Ədalət və İnkişaf Partiyası Ali Seçki Qurumuna 16 aprel müraciətində səslərin hesablanmasında ciddi xətalara yol verildiyini iddia edir, İstanbul bələdiyyəsinə yeni seçki keçirilməsi tələbi qoyur.

31 mart seçkisinin nəticələrinə əsasən, Ədalət və İnkişaf Partiyası 15 böyük şəhərdə, 24 şəhərdə, 535 rayonda, 202 qəsəbədə bələdiyyə başçısı postuna sahib çıxıb.

Seçkilərə hakim partiya ilə birgə Xalq ittifaqında qoşulan Milliyyətçi Hərəkat Partiyası 1 böyük şəhərdə, 10 şəhərdə, 145 rayonda, 89 qəsəbədə qələbə əldə edib.

Cümhuriyyət Xalq Partiyası 11 böyük şəhərdə, 10 şəhərdə, 191 rayonda, 51 qəsəbədə bələdiyyə başçısı kürsüsü qazanıb.

Millət ittifaqında Cümhuriyyət Xalq Partiyasının müttəfiqi olan Yaxşı Partiyanın 19 rayonda, 6 qəsəbədə qələbəsi var.

3 böyük şəhərdə, 7 şəhərdə, 90 rayonda, 62 qəsəbədə digər qüvvələr qalib gəlib.

2001-ci ildə yaradılmış Ədalət və İnkişaf Partiyası 2002-ci ildən bəri hakim partiyadır.

Partiyanın 1954-cü il təvəllüdlü lideri Rəcəb Teyyub Ərdoğan siyasətlə 1976-cı ildən məşğuldur. Milli Salamat, Rifah, Fəzilət partiyalarının üzvü olub. 1994-1998-ci illərdə Rəcəb Teyyub Ərdoğan İstanbul bələdiyyəsinin başçısı postunu tutub.

1999-cu ildə həbsdə yatıb. 2003-2014-cü illərdə baş nazir olub. 2014-cü ildən prezidentdir.

Valyutaların yönü

  • 17 Aprel 2019
  • comments

Kim Ukraynaya rəhbərlik etməyə hazırdır?

  • 17 Aprel 2019
  • comments

About author

Novator.az

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Dublin yəhudisinin odisseyası

GLOBALS:0

Tags

  • Siyasət

Rəylər

Do not miss

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda