• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Ukraynada yeni seçki sorğusu

  • 16 Aprel 2019
  • comments
  • Novator.az
  • Posted in Xəbər

Aprelin 21-i Ukraynada prezident seçkisinin ikinci turu keçiriləcək. Seçki bülletenlərində iki şəxsin adı var: şoumen Vladimir Zelenski (ilk turda 30,24% səs yığıb) və prezident Pyotr Poroşenko (ilk turda 15,95% səs yığıb).

Novator.az bildirir ki, Kiyev Beynəlxalq Sosiologiya İnstitutunun ən yeni sorğusuna görə, seçicilərin 48,4%-i Vladimir Zelenskiyə, 17%-i Pyotr Poroşenkoya dəstək verir.

Respondentlərin 17,9%-i kimi dəstəkləmək barədə tərəddüd keçirdiyini deyib, 8,8% -i üstünlük verdiyi namizədin adını çəkmək istəməyib, 6,3%-i seçkiyə getməyəcəyini, 1,6%-i seçki bülletenini korlayacağını vurğulayıb.

Vladimir Zelenski 1978-ci il yanvarın 25-də doğulub. Krivoy Roq İqtisadiyyat İnstitutunu hüquqşünas diplomu ilə bitirib.

1997-ci ildə “95-ci kvartal” şən və hazırcavablar komandası yaradaraq onun kapitanı olub. 2003-cü ildən Ukraynanın “1+1” telekanalı ilə əməkdaşlıq edib, kulinar şounun aparıcısı kimi ad çıxarıb. 2005-ci ildən “İnter” telekanalında axşam şousuna müəlliflik edib, məşhurlaşaraq müxtəlif tamaşalarda, filmlərdə rollar alıb.

1965-ci il sentyabrın 26-da Ukraynanın Odessa vilayətində doğulan Pyotr Poroşenko 1989-cu ildə Kiyev Dövlət Universitetinin beynəlxalq münasibətlər və beynəlxalq hüquq fakültəsini, 1992-ci ildə həmin təhsil ocağının aspiranturasını bitirib. Hüquq elmləri namizədidir.

1993-cü ildən “Ukrprominvest” konserninin baş direktoru, 2002-ci ildən Ukrayna Milli Bankı Şurasının sədr müavini, 2007-ci ildən sədri olub.

2005-ci ildə Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi, 2009-2010-cu illərdə xarici işlər naziri, 2012-ci ildə iqtisadi inkişaf və ticarət nazir postlarını tutub. 1998, 2002, 2006 və 2012-ci illərin parlament seçkilərində deputat mandatı alıb.

Pyotr Poroşenko 2014-cü il mayın 25-də Ukrayna prezidenti seçilib, iyunun 7-də səlahiyyətlərinin icrasına başlayıb.

“Qanun”un kataloqundan –  “Sağlamlıq və məsləhət”,...

  • 16 Aprel 2019
  • comments

ABŞ səfirinə Qarabağ gileyi

  • 16 Aprel 2019
  • comments

About author

Novator.az

Son materiallar

comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
comments
Xəbər

Bir kursun xərci

GLOBALS:0
comments
Xəbər

Ermənistanın inflyasiya hesabatı

GLOBALS:0
comments
Xəbər

Doğum və ölüm statistikası

GLOBALS:0

Tags

  • Siyasət

Rəylər

Do not miss

comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

Son materiallar

comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
comments
Xəbər

Bir kursun xərci

GLOBALS:0
comments
Xəbər

Ermənistanın inflyasiya hesabatı

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda