• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Himn və gerb qanunlarında nələr var?

  • 16 Aprel 2019
  • comments
  • Novator.az
  • Posted in ManşetXəbər

Prezident İlham Əliyev dövlət himnindən və gerbindən istifadə qaydaları qanunlarını imzalayıb. Novator.az bildirir ki, birinci qanuna görə, dövlət himni bu hallarda mütləq ifa edilir: prezident seçilmiş şəxsin andiçmə mərasimində (and içdikdən sonra); prezident Milli Məclisin iclaslarına gəldiyi zaman; Milli Məclisin sessiyalarının başlanması və qurtarması zamanı; Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyalarının başlanması və qurtarması zamanı; Azərbaycanın bayramlarına həsr olunmuş təntənəli yığıncaqların və iclasların açılışı və bağlanışı zamanı; Azərbaycan dövləti və xalqı üçün mühüm tarixi hadisələr olduqda; Azərbaycanın görkəmli dövlət, siyasi, ictimai, elm, ədəbiyyat, incəsənət xadimlərinin və Azərbaycanın Milli Qəhrəmanlarının abidələrinin və ya xatirə lövhələrinin açılışı zamanı; dövlət orqanları (qurumları), yerli özünüidarə orqanları, siyasi partiyalar və ya qeyri-hökumət təşkilatlarının keçirdiyi mərasimlər və digər təntənəli tədbirlər zamanı (dövlət bayrağı qaldırılarkən və ya asılarkən); Azərbaycana rəsmi görüşə gələn xarici ölkələrin dövlət və hökumət başçılarının qarşılanması və yola salınması zamanı (müvafiq ölkənin dövlət himni ifa edildikdən sonra).

İkinci qanunda dövlət gerbinin qabarıq təsvirinin vurulduğu yerlər belə sıralanır: Prezident Sarayına, dövlət iqamətgahlarının binalarına, prezidentin xidməti otağına; Milli Məclisin binasına və iclas salonuna, Milli Məclis sədrinin xidməti otağına; Naxçıvan Muxtar Respublikası Ali Məclisinin binasına və iclas salonuna, Ali Məclis sədrinin xidməti otağına; prezidentin müəyyən etdiyi orqanların (qurumların) binalarına; Azərbaycanın bütün məhkəmələrinin binalarına və məhkəmə iclaslarının salonlarına, Konstitusiya Məhkəməsi sədrinin və Ali Məhkəmə sədrinin xidməti otağına; Azərbaycanın diplomatik nümayəndəliklərinin və konsulluqlarının binalarına.

Dövlət gerbinin təsvirindən hüquqi aktların və dövlətin adından verilən sənədlərin blanklarında, Azərbaycanın kağız və metal pul nişanlarında, qiymətli kağızlarında, Azərbaycan vətəndaşının şəxsiyyət vəsiqəsində və pasportunda, dövlət orqanlarının (dövlətin adından hakimiyyət səlahiyyətlərini həyata keçirən qurumların) sənəd blanklarında və möhürlərində, dövlət orqanlarının binalarının lövhələrində, dövlət təltiflərinin təsvirində, Milli Məclisin və prezidentin müəyyən etdiyi orqanın (qurumun) rəsmi nəşrlərində və Azərbaycanın sərhəd nişanlarında istifadə olunur.

Dövlət himnindən istifadə

Dövlət gerbindən istifadə

Moskva görüşü

  • 15 Aprel 2019
  • comments

Yeni əsasnamələr

  • 16 Aprel 2019
  • comments

About author

Novator.az

Son materiallar

comments
Xəbər

Demoqrafik göstəricilər

GLOBALS:0
comments
Xəbər

Yeddi ayın hesabatı

GLOBALS:0
comments
Xəbər

“İnanmaq istəyirəm ki, Eldar Həsənov azadlığa buraxılacaq”

GLOBALS:0
comments
Dünyanın səsiManşetŞərh

“Foks Nyus”: Azərbaycan və Ermənistan narahatlığı səngitməyə çalışır

GLOBALS:0

Tags

  • Hüquq

Rəylər

Do not miss

comments
Xəbər

Demoqrafik göstəricilər

Son materiallar

comments
Xəbər

Demoqrafik göstəricilər

GLOBALS:0
comments
Xəbər

Yeddi ayın hesabatı

GLOBALS:0
comments
Xəbər

“İnanmaq istəyirəm ki, Eldar Həsənov azadlığa buraxılacaq”

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda