Aprelin 12-də Novator.az Mərkəzi Seçki Komissiyasına 2018-ci il üzrə maliyyə hesabatı vermiş siyasi partiyaların siyahısına nəzər salıb. Qanunvericiliyə görə, hesabatlar aprelin 1-dən gec olmayaraq təqdim edilməlidir.
Son bilgiyə görə, 55 rəsmi siyasi partiyadan 40-ı illik hesabat verib: Yeni Azərbaycan Partiyası, Xalq Demokratik Partiyası, Azərbaycan Naminə Alyans Partiyası, Birlik Partiyası, Liberal Partiyası, Böyük Quruluş Partiyası, Demokratik Maarifçilik Partiyası, Sosial Demokrat Partiyası, Respublikaçılar Partiyası, Liberal Demokrat Partiyası, Milli Dirçəliş Hərəkatı Partiyası, Yurddaş Partiyası, Kommunist Partiyası, Azərbaycan Mübarizləri Partiyası, Klassik Xalq Cəbhəsi Partiyası, Vətəndaş Həmrəyliyi Partiyası, Xalq Partiyası, Milli Konqres Partiyası, Ədalət Partiyası, Milli Vəhdət Partiyası, Böyük Azərbaycan Partiyası, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası, Qorqud Partiyası, Demokratik Azərbaycan Dünyası Partiyası, Vahid Azərbaycan Partiyası, Təkamül Partiyası, Azad Respublikaçılar Partiyası, Demokrat Partiyası, Kəndli Partiyası, Sosial Ədalət Partiyası, Vətəndaş Birliyi Partiyası, Milli Demokrat İdrak Partiyası, Ana Vətən Partiyası, Müsavat Partiyası, Milli Demokrat Partiyası, Demokratik İslahatlar Partiyası, Vətəndaş və İnkişaf Partiyası, Vəhdət Partiyası, Tərəqqi Partiyası, Azərbaycan Xalq Cəbhəsi Partiyası.
Yeni Azərbaycan Partiyasının hesabatına əsasən, ötən il qurumun 9 milyon 413 min manat gəliri olub.
Parlamentdə təmsil olunan Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının gəliri 146,5 min manat; Vətəndaş Həmrəyliyi Partiyasının və Ana Vətən Partiyasının gəlirləri 135,7 min manat; Böyük Quruluş Partiyasının gəliri 118,3 min manat; Demokratik Maarifçilik Partiyasının gəliri 117,9 min manat; Sosial Demokrat Partiyasının, Milli Dirçəliş Hərəkatı Partiyasının, Demokratik İslahatlar Partiyasının, Vəhdət Partiyasının gəlirləri 117,8 min manat göstərilib.
Müsavat Partiyasının gəliri 7 min 532 manat; Ədalət Partiyasının və Vətəndaş və İnkişaf Partiyasının gəlirləri 200 manat həddində rəsmiləşib.
Digər partiyaların hesabatlarında hər hansı gəlir olmadığı bəyan edilib.