Mərkəzi Bank aprelin 12-də avronun kursunu 1,9195 manata qaldırıb.
Novator.az-ın məlumatına görə, Gürcüstan larisi (0,6298 manat) və Türkiyə lirəsi (0,2958 manat) ucuzlaşıb.
ABŞ dollarının məzənnəsi 1,7 manat, Rusiya rublu 0,0264 manat həddində qalıb.
Avro 2019-cu ilə 1,9323, lari 0,6346, rubl 0,0245, lirə 0,3141 manatla başlayıb.
Dolların indiki rəsmi qiyməti isə 2018-ci il martın 7-dən qüvvədədir.