• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Paşinyan: “Cəmiyyətlər arasında da dialoq aparılmalıdır”

  • 11 Aprel 2019
  • comments
  • Novator.az
  • Posted in ManşetXəbər

Strasburq səfərinə çıxan Ermənistanın baş naziri Nikol Paşinyan aprelin 11-i Avropa Şurası Parlament Assambleyasının plenar iclasında çıxış edib. Novator.az-ın məlumatına görə, Dağlıq Qarabağ münaqişəsinə də toxunan baş nazir Azərbaycan rəhbəri ilə konstruktiv və pozitiv dialoqun başlandığını vurğulayıb: “Ancaq liderlərin dialoqu Qarabağ probleminin həlli üçün kifayət deyil. Cəmiyyətlər arasında da dialoq aparılmalıdır. Onları müharibəyə yox, sülhə hazırlamaq gərəkdir. Sosial şəbəkələr bu cür dialoq üçün yaxşı platforma ola bilər. Təəssüf ki, ermənilər və azərbaycanlılar sosial şəbəkələrdə bir-birinə söyüş və hədə yağdırırlar”.

Baş nazir Qarabağ probleminin həllində Ermənistan, Dağlıq Qarabağ və Azərbaycan xalqlarının maraqlarının əsas götürülməsinin vacib olduğunu əlavə edib. O həmçinin Avropa Şurasını demokratiya quruculuğu işində Dağlıq Qarabağa yardım etməyə çağırıb.

1988-ci ildə Ermənistan Azərbaycanın Dağlıq Qarabağ vilayətini ələ keçirmək üçün təcavüzə başlayıb. 1991-ci ildə ermənilər Dağlıq Qarabağı “müstəqil dövlət” elan edib. 1994-cü ildə atəşkəslə dayanan işğalçı müharibədə Ermənistan Dağlıq Qarabağı (Xankəndi şəhəri, Şuşa, Xocalı, Xocavənd, Ağdərə rayonları) və onun ətrafındakı bölgələri (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan rayonları) ələ keçirib.

Dağlıq Qarabağ münaqişəsinin dinc yolla tənzimlənməsi ilə 1992-ci ildə yaradılan ATƏT-in Minsk qrupu məşğul olur. Bu quruma ABŞ, Fransa, Rusiya (həmsədrlər), Türkiyə, Belarus, İtaliya, Almaniya, İsveç, Finlandiya, eləcə də Azərbaycanla Ermənistan daxildir.

Ermənistan hökumətinə 2018-ci il mayın 8-dən başçılıq edən Nikol Paşinyanla Azərbaycan prezidenti İlham Əliyev dörd görüş keçiriblər: 2018-ci il sentyabrın 28-i Tacikistanın paytaxtı Düşənbədə, dekabrın 6-sı Rusiyanın Sankt-Peterburq şəhərində, bu il yanvarın 22-si İsveçrənin Davos şəhərində və martın 29-u Avstriyanın paytaxtı Vyanada.

Sonuncu görüş ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa) və Endrü Skoferin (ABŞ) vasitəçiliyi ilə keçirilib. ATƏT sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşikin, Azərbaycanın və Ermənistanın xarici işlər nazirləri Elmar Məmmədyarovla Zöhrab Mnasakanyanın da iştirak etdiyi görüşdən sonra verilən birgə bəyanata görə, prezident və baş nazir tənzimləmə prosesinin bir sıra vacib məsələləri və substantiv ideyalar üzrə fikir mübadiləsi aparıblar, nazirlərə yaxın gələcəkdə həmsədrlərlə yenidən görüşmək barədə təlimat veriblər, həmçinin birbaşa dialoqun davam etdirilməsi barədə razılığa gəliblər.

Elmar Məmmədyarovla Zöhrab Mnasakanyan aprelin 15-i Moskvada bir araya gələcəklər. Dağlıq Qarabağ münaqişəsinin müzakirə olunacağı görüş ATƏT-in Minsk qrupunun həmsədri Rusiyanın xarici işlər naziri Sergey Lavrovun iştirakı ilə keçiriləcək.

Assanj həbs edildi

  • 11 Aprel 2019
  • comments

24 aprel Fransada rəsmi anım günü oldu

  • 11 Aprel 2019
  • comments

About author

Novator.az

Son materiallar

comments
Xəbər

İllər, qiymətlər

GLOBALS:0
comments
Xəbər

Müstəqillik illərində əhalinin təbii artımı

GLOBALS:0
comments
Xəbər

Azərbaycan neftinin ünvanları

GLOBALS:0
comments
Xəbər

Xarici ticarətin dörd ayı

GLOBALS:0

Tags

  • Siyasət

Rəylər

Do not miss

comments
Xəbər

İllər, qiymətlər

Son materiallar

comments
Xəbər

İllər, qiymətlər

GLOBALS:0
comments
Xəbər

Müstəqillik illərində əhalinin təbii artımı

GLOBALS:0
comments
Xəbər

Azərbaycan neftinin ünvanları

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda