Aprelin 11-də avronun rəsmi məzənnəsi 1,9175 manata yüksəlib. Novator.az-ın məlumatına görə, Rusiya rublu (0,0264 manat) və Türkiyə lirəsi də (0,2992 manat) bahalaşıb.
Dəyər itirən Gürcüstan larisi banklara 0,6309 manata satılır.
ABŞ dollarının kursunu isə Mərkəzi Bank 1,7 manat həddində saxlayıb. Bu rəsmi qiymət 2018-ci il martın 7-dən qüvvədədir.
Avro 2019-cu ilə 1,9323, lari 0,6346, rubl 0,0245, lirə 0,3141 manatla başlayıb.