Dini sammitin təşkilat komitəsi yaradıldı
Prezident İlham Əliyev dünya dini liderlərinin ikinci Bakı sammitinin keçirilməsi ilə əlaqədar təşkilat komitəsi yaradılmasına sərəncam verib. Baş nazirin müavini Əli Əhmədovun sədrlik etdiyi təşkilat komitəsinə bu şəxslər daxildir: şeyxülislam Allahşükür Paşazadə – Qafqaz Müsəlmanları İdarəsi...
Məruzəçi baş nazirdən Əfqan Muxtarlını soruşub
Gürcüstanın baş naziri Mamuka Baxtadze aprelin 10-da Avropa Şurası Parlament Assambleyasının Strasburqda keçirilən sessiyasında çıxış edərkən assambleyanın Monitorinq Komitəsinin məruzəçisi Stefan Şennak ona jurnalist Əfqan Muxtarlı ilə bağlı sual verib. Əfqan Muxtarlı 1974-cü ildə Zaqatalanın Aşağı...
24 aprel Fransada rəsmi anım günü oldu
Fransa prezidenti Emmanuel Makron aprelin 24-nü erməni soyqırımını anma günü kimi rəsmiləşdirən fərman imzalayıb. Novator.az-ın məlumatına görə, aprelin 10-da imzalanan fərmanla hər il aprelin 24-ü Fransada Erməni Soyqırımı Qurbanlarını Milli Anım Günü kimi qeyd olunacaq. Saxta soyqırımı iddialarına...
Paşinyan: “Cəmiyyətlər arasında da dialoq aparılmalıdır”
Strasburq səfərinə çıxan Ermənistanın baş naziri Nikol Paşinyan aprelin 11-i Avropa Şurası Parlament Assambleyasının plenar iclasında çıxış edib. Novator.az-ın məlumatına görə, Dağlıq Qarabağ münaqişəsinə də toxunan baş nazir Azərbaycan rəhbəri ilə konstruktiv və pozitiv dialoqun başlandığını vurğul...
Assanj həbs edildi
Böyük Britaniya polisi aprelin 11-i Londonda Wikileaks.org (“Vikiliks”) saytının yaradıcısı, Avstraliya vətəndaşı Culian Assanjı həbs edib. “Vikiliks” saytı 2010-cu ildə ABŞ Dövlət Departamentinin məxfi sənədlərini dərc edib. ABŞ-da buna görə 1971-ci il təvəllüdlü Culian Assanja casusluq ittihamı ve...
Döyüş atışları
Azərbaycan Ordusunun raket və artilleriya birləşmələri döyüş atışlı təlimlər keçirib. Müdafiə Nazirliyinin 11 aprel məlumatına görə, təlimlərdə artilleriya bölmələri marş icra edib, cəmləşmə rayonlarına çıxıb və atəş mövqelərini tutaraq döyüş atışlarını yerinə yetiriblər.
Köçəryan həbsdə qaldı
Ermənistanın Apellyasiya Məhkəməsi aprelin 11-də sabiq prezident Robert Köçəryanın həbs müddətinin uzadılmasından şikayətə baxışı tamamlayıb. Novator.az-ın məlumatına görə, şikayət təmin olunmayıb, Robert Köçəryan həbsdə qalıb. Robert Köçəryanın həbs müddətini iki ay uzadan qərarı martın 15-də Xüsus...
Nazirləri Lavrov görüşdürəcək
Azərbaycanın və Ermənistanın xarici işlər nazirləri Elmar Məmmədyarovla Zöhrab Mnasakanyan aprelin 15-i Moskvada bir araya gələcəklər. Dağlıq Qarabağ münaqişəsinin müzakirə olunacağı görüş ATƏT-in Minsk qrupunun həmsədri Rusiyanın xarici işlər naziri Sergey Lavrovun iştirakı ilə keçiriləcək. Novator...
Məktəb direktorları və müavinlərinin maaşı müəyyən olundu
Nazirlər Kabineti dövlət ümumi təhsil müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan direktor və direktor müavinlərinin vəzifə maaşları ilə bağlı qərar qəbul edib. Novator.az bildirir ki, qərara görə, direktorların aylıq vəzifə maaşı 587 manat olur. Direktor ...
İtaliyada erməni səsi
İtaliya parlamentinin Deputatlar Palatası qondarma erməni soyqırımının tanınması barədə qətnamə qəbul edib. Novator.az-ın məlumatına görə, aprelin 10-da keçirilmiş səsvermə hakim koalisiyaya daxil olan “5 ulduz” hərəkatının təşəbbüsüdür. Saxta soyqırımı iddialarında bildirilir ki, 1915-ci il aprelin...
Əlcəzairdə seçki günü bilindi
Əlcəzairdə prezident seçkisi iyulun 4-nə təyin olunub. Novator.az-ın məlumatına görə, müvəqqəti prezident Əbdülqədir Bensalah belə sərəncam imzalayıb. 1999-cu ildən ölkəni 1937-ci il təvəllüdlü Əbdüləziz Buteflika idarə edib. Bu il aprelin 2-də o, xalq etirazları nəticəsində prezidentlikdən istefa v...
Prezidenti devirdilər
Aprelin 11-də Sudan ordusu prezident Ömər əl-Bəşiri devirərək hökuməti istefaya göndərib. Ölkənin idarəçiliyini hərbi komandanlıq öz üzərinə götürüb. Ötən ilin dekabr ayından ölkədə sosial şüarlarla kütləvi aksiyalar başlayıb, sonradan Ömər əl-Bəşirin istefası tələb olunub. Hökumət qüvvələri ilə toq...
Bayram Məmmədovun şikayəti təmin edilməyib
Aprelin 10-u Bakı Apellyasiya Məhkəməsində gənc fəal Bayram Məmmədovun həbsindən verilmiş şikayətə baxılıb. Söhbət inzibati həbsdən gedir. Martın 30-u Sabunçu Rayon Məhkəməsinin qərraı ilə Bayram Məmmədova 30 sutka inzibati həbs verilib. O, polisin qanuni tələbinə tabe olmamaqda təqsirli bilinib. “T...
Seçkinin bir ili
Sonuncu prezident seçkisindən bir il ötür. Novator.az bildirir ki, Azərbaycan 1990-cı ildə prezident idarə üsuluna keçib. İlk prezident – Ayaz Mütəllibov həmin il mayın 18-də parlamentdə dövlət başçısı mandatı alıb. 1991-ci ildə Ayaz Mütəllibov, 1992-ci ildə Əbülfəz Elçibəy, 1993 və 1998-ci illərdə ...
Kurs hayanadır?
Aprelin 11-də avronun rəsmi məzənnəsi 1,9175 manata yüksəlib. Novator.az-ın məlumatına görə, Rusiya rublu (0,0264 manat) və Türkiyə lirəsi də (0,2992 manat) bahalaşıb. Dəyər itirən Gürcüstan larisi banklara 0,6309 manata satılır. ABŞ dollarının kursunu isə Mərkəzi Bank 1,7 manat həddində saxlayıb. B...
1/4 final yarılandı
UEFA Çempionlar Liqasının 1/4 finalının ilk oyunları arxada qalıb. Novator.az-ın məlumatına görə, aprelin 10-da keçirilən “Ayaks” – “Yuventus” matçı 1:1 hesabı ilə bitib, “Barselona” isə səfərdə “Mançester Yunayted”i üstələyib – 1:0. Srağagün “Portu”nu qəbul edən “Liverpul” rəqibini 2 cavabsız topla...
İşıq güzəştində yenilik
Prezident İlham Əliyev sahibkarların tikinti obyektlərinin elektrik enerjisi ilə təchizatına yönəlmiş fərman imzalayıb. Novator.az bildirir ki, fərmanla mövcud və ya inşa ediləcək tikinti obyektlərinin elektrik enerjisi (gücü) alması üçün texniki şərtlərin, layihə-smeta sənədlərinin hazırlanması və ...