• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Palatanın hesabatından

  • 10 Aprel 2019
  • comments
  • Novator.az
  • Posted in Xəbər

Milli Məclisin 9 aprel iclasında Hesablama Palatasının illik məruzəsi dinlənib. Palata sədri Vüqar Gülməmmədov deyib ki, 2018-ci ildə 58 nəzarət tədbirinə dair kollegiya qərarları qəbul edilib: “Başa çatdırılmış 53 auditdən 3-ü hüquq mühafizə orqanlarında məxfi aparılıb, 5 tədbirlə isə Dövlət Sosial Müdafiə Fondunun fəaliyyəti əhatə olunub. Audit tədbirləri ümumilikdə 9,2 milyard manat vəsaiti əhatə edib.

Normativ hüquqi aktların tələblərinə riayət edilməmə halları üzrə 714 halda nöqsan üzə çıxıb. Bu, əvvəlki ilin göstəricisi ilə müqayisədə 3,6 faiz çoxdur. Lakin 2017-ci ildə auditlərin sayının hesabat ilinin göstəricisi ilə müqayisədə 8,2 faiz az olduğunu nəzərə alsaq, bir tədbirlə müəyyən edilmiş nöqsanların orta sayının azalma meylli olduğunu deyə bilərik. Bu, maliyyə idarəetmə strukturunda aparılmış siyasətin, maliyyə inzibatçılığının gücləndirilməsi istiqamətində atılan addımların, dövlət vəsaitlərinin istifadəsi sahəsində normativ hüquqi aktların təkmilləşdirilməsi üzrə aktiv fəaliyyətin ilk nəticələridir.

Nəticələr üzrə aparılmış təhlillər göstərir ki, auditlə aşkar edilmiş nöqsanların orta göstəricisində kiçik azalma müşahidə olunsa da, ümumilikdə bu nöqsanlar arasında xüsusi çəkisi böyük olan istiqamətlər son illərdə dəyişməz qalıb. Büdcə qanunvericiliyinin tələblərinə riayət edilməsi sahəsində, dövlət satınalmalarının keçirilməsində, həmçinin mühasibat uçotunun təşkili və hesabatlılığın təmin olunmasında müəyyən edilmiş nöqsanlara 2018-ci ildə də çox rast gəlinib.

2018-ci ildə aparılmış fəaliyyətin nəticəsi olaraq dövlət büdcəsinə, qurumların hesabına və Dövlət Sosial Müdafiə Fondunun büdcəsinə ümumilikdə 23,2 milyon manatın bərpası təmin edilib. 5,5 milyon manat dəyərində malların alınması və işlərin görülməsi natural qaydada bərpa olunub və 922,5 min manat vergi məbləğinin dövlət müəssisəsinin dövlət büdcəsinə artıq ödəmələri hesabına əvəzləşdirilməsi təmin edilib”.

11 min manat ödənişi üzrə yeni qərar

  • 10 Aprel 2019
  • comments

10 aprel məzənnələri

  • 10 Aprel 2019
  • comments

About author

Novator.az

Son materiallar

comments
Xəbər

Demoqrafik göstəricilər

GLOBALS:0
comments
Xəbər

Yeddi ayın hesabatı

GLOBALS:0
comments
Xəbər

“İnanmaq istəyirəm ki, Eldar Həsənov azadlığa buraxılacaq”

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

ABŞ-da sorğu: Tramp müdrik qərarlar verə bilərmi?

GLOBALS:0

Tags

  • Hüquq
  • Sosial

Rəylər

Do not miss

comments
Xəbər

Demoqrafik göstəricilər

Son materiallar

comments
Xəbər

Demoqrafik göstəricilər

GLOBALS:0
comments
Xəbər

Yeddi ayın hesabatı

GLOBALS:0
comments
Xəbər

“İnanmaq istəyirəm ki, Eldar Həsənov azadlığa buraxılacaq”

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda