• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Əcnəbilərə vergi güzəştləri

  • 10 Aprel 2019
  • comments
  • Novator.az
  • Posted in Xəbər

Vergi Məcəlləsində müxtəlif xarakterli 129 güzəşt və azadolma mövcuddur. Əsas güzəştlər sənaye və texnologiyalar parklarının ərazisində yeni müəssisə qurmaq istəyən əcnəbi iş adamlarına verilib. Sumqayıt kimya, Balaxanı, Mingəçevir, Qaradağ və Pirallahı sənaye parkları, habelə Mingəçevir, Pirallahı və AMEA-nın yüksək texnologiyalar parkları, həmçinin Neftçala və Masallı sənaye məhəllələrində kimya, təkrar emal, yüngül sənaye, gəmiqayırma və əczaçılıq sahələrində çalışan müəssisələr qeydiyyata alındıqları hesabat ilindən 7 il müddətinə gəlir, əmlak və torpaq vergilərindən azad ediliblər. Onlara idxalda da güzəştlər verilib.

Sənaye və texnologiyalar parkında istehsal sahələrinin tikintisi, elmi-tədqiqat və təcrübə-konstruktor işlərinin görülməsi və istehsal məqsədilə sənaye, yaxud texnologiyalar parklarının rezidenti olan şəxslərin müvafiq təsdiqedici sənəd əsasında texnika, texnoloji avadanlıqlar və qurğular idxal etməsi də 7 il müddətinə əlavə dəyər vergisindən və gömrük rüsumlarından azaddır.

Qaradağ Sənaye Parkında gəmiqayırma fəaliyyəti ilə məşğul olan sənaye parkının rezidentinə podratçının, podratçıya isə onunla birbaşa müqavilə bağlayan subpodratçının həmin fəaliyyətin məqsədləri üçün mallar təqdim etməsi, işlər görməsi və xidmətlər göstərməsi 2016-cı il mayın 1-dən 5 il müddətinə ƏDV-yə cəlb olunmur.

İnvestisiya təşviqi sənədi alan hüquqi şəxslər və fərdi sahibkarların 7 il müddətinə əldə etdikləri mənfəətinin 50 faizi gəlir (mənfəət) vergisinə cəlb olunmur. Paralel olaraq bu şəxslər həmin fəaliyyətdə istifadə etdikləri müvafiq əmlaka görə əmlak vergisindən, torpaqlara görə isə torpaq vergisindən azad ediliblər. İnvestisiya təşviqi sənədi almış hüquqi və fiziki şəxslərin müvafiq təsdiqedici sənəd əsasında texnika, texnoloji avadanlıqlar və qurğular idxal etməsi də 7 il müddətinə ƏDV və gömrük rüsumlarından azaddır. Kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan (o cümlədən sənaye üsulu ilə) hüquqi və fiziki şəxslər həmin fəaliyyətlə əlaqədar gəlir (mənfəət), ƏDV, əmlak vergisi və sadələşdirilmiş vergidən azad ediliblər.

Azərbaycan Avropa İttifaqının 23 üzv ölkəsi ilə ikiqat vergitutmanın aradan qaldırılması haqqında sazişlər imzalayıb.

Vergiler.az

Klub turnirlərinin təqvimi

  • 10 Aprel 2019
  • comments

“Futbol+” aksiyalara başlayıb

  • 10 Aprel 2019
  • comments

About author

Novator.az

Son materiallar

comments
Xəbər

Demoqrafik göstəricilər

GLOBALS:0
comments
Xəbər

Yeddi ayın hesabatı

GLOBALS:0
comments
Xəbər

“İnanmaq istəyirəm ki, Eldar Həsənov azadlığa buraxılacaq”

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

ABŞ-da sorğu: Tramp müdrik qərarlar verə bilərmi?

GLOBALS:0

Tags

  • Hüquq
  • Sosial

Rəylər

Do not miss

comments
Xəbər

Demoqrafik göstəricilər

Son materiallar

comments
Xəbər

Demoqrafik göstəricilər

GLOBALS:0
comments
Xəbər

Yeddi ayın hesabatı

GLOBALS:0
comments
Xəbər

“İnanmaq istəyirəm ki, Eldar Həsənov azadlığa buraxılacaq”

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda