Aprelin 9-da avronun rəsmi məzənnəsi 1,9151 manata yüksəlib. Novator.az-ın məlumatına görə, Rusiya rublu da bahalaşıb: 0,0262 manat.
Dəyər itirən Gürcüstan larisi banklara 0,6321, Türkiyə lirəsi 0,2991 manata təklif olunur.
ABŞ dollarının kursu 1,7 manat səviyyəsində saxlanıb (Məzənnələr). Bu rəsmi qiymət 2018-ci il martın 7-dən qüvvədədir.
Avro 2019-cu ilə 1,9323, Gürcüstan larisi 0,6346, Rusiya rublu 0,0245, Türkiyə lirəsi 0,3141 manatla başlayıb.