• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

“Sepah” qərarı gərginliyi artırdı

  • 09 Aprel 2019
  • comments
  • Novator.az
  • Posted in Xəbər

ABŞ-la İran arasında yeni gərginlik yaranıb. Aprelin 8-də ABŞ prezidenti Donald Tramp bəyanat yayaraq İran İnqilab Keşikçiləri Korpusunun (“Sepah”) terrorçu təşkilatlar siyahısına daxil edildiyini bildirib. O deyib ki, Dövlət Departamentinin rəhbərliyi altında atılan bu addım İranın təkcə terrorizmi dəstəkləyən dövlət olduğunu deyil, eləcə də “Sepah”ın dövlət qurumu kimi terror aktlarında fəal iştirak etdiyini və terrorizmin yayılmasını maliyyələşdirdiyini göstərir: “Sepah” İran rejiminin dünyada terrorizmi idarə və təbliğ etməsi və onu maliyyələşdirməsi üçün əsas alətlərdən biridir”.

“Sepah”ın terrorçu qruplaşmalar siyahısına daxil edilməsinin təfərrüatlarının gələn həftə açıqlanacağı və İrana bununla bağlı əlavə sanksiyalar tətbiq ediləcəyi vurğulanır.

İran Silahlı Qüvvələrinin tərkib hissəsi olan “Sepah” 1979-cu ildə yaradılıb.

Gunaz.tv-nin məlumatına görə, İranın Ali Milli Təhlükəsizlik Şurası aprelin 8-i gecə bəyanat yayaraq ABŞ-ın Asiyadakı Mərkəz Komandanlığını və amerikalı əsgərləri terrorçu qrup adlandırıb. Bəyanatda bildirilir ki, Ağ evin qərarının təhlükəli fəsadlarının məsuliyyəti ABŞ-ın üzərinə düşəcək: “Amerikanın “Sepah”ı terrorçu qruplar siyahısına daxil etməsi regional və beynəlxalq sülh və təhlükəsizliyə qarşı əsas təhlükədir. Bu həm də BMT bəyannaməsinin və beynəlxalq hüquq qayda və normalarının açıq şəkildə pozulması deməkdir”.

2015-ci il iyulun 14-də İranla ABŞ, Böyük Britaniya, Fransa, Rusiya, Çin, Almaniya, eləcə də Avropa İttifaqı arasında Tehranın atom enerjisi proqramı ilə bağlı razılaşma imzalanıb. Həmin gün Beynəlxalq Atom Enerjisi Agentliyi ilə İran arasında saziş də bağlanıb.

Razılaşmalar İranın üzərindən ABŞ, Avropa İttifaqı və BMT Təhlükəsizlik Şurasının tətbiq etdiyi iqtisadi sanksiyaları götürüb, İran isə əvəzində nüvə obyektlərini beynəlxalq yoxlamalara tam açıb.

Tehranın nüvə silahı hazırlamağa çalışdığını iddia edən ABŞ ötən ilin yayında razılaşmadan çıxıb və İrana sanksiyalar tətbiq etməyə başlayıb.

Rəsmi Bakıdan NATO izahatı

  • 09 Aprel 2019
  • comments

Azərbaycan nefti 73 dolları ötüb

  • 09 Aprel 2019
  • comments

About author

Novator.az

Son materiallar

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
comments
Xəbər

Bir kursun xərci

GLOBALS:0

Tags

  • Siyasət

Rəylər

Do not miss

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

Son materiallar

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda