• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Rəsmi Bakıdan NATO izahatı

  • 09 Aprel 2019
  • comments
  • Novator.az
  • Posted in ManşetXəbər

Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla Abdullayeva Almaniya mediasında yayılmış “Azərbaycan NATO-ya üzv ölkələr üçün öz ərazisindən keçən dəhlizi bağlayır” iddiasını təkzib edib. Rəsmi açıqlamada qeyd olunur ki, Azərbaycan dəhliz mənasında heç kimə, o cümlədən NATO-ya hər hansı ərazi vermir: “Söhbət NATO-nun Əfqanıstanda həyata keçirdiyi və Azərbaycanın da iştirakçısı olduğu Qətiyyətli Dəstək Missiyasının üzvlərinə ölkə ərazisindən, o cümlədən quru, hava və su məkanından yükdaşımaların həyata keçirilməsi imkanının təmin edilməsindən gedir. Belə bir təcrübə 2001-ci ildən mövcuddur. Bu imkanların təmin olunması üçün NATO ölkələrinin müvafiq uçuş icazələrinin əldə edilməsi müraciətləri ikitərəfli əsaslarda nəzərdən keçirilir. Müraciətlərə Azərbaycan tərəfinin müvafiq qayda və prosedurlarına uyğun olaraq, eləcə də tərəfdaşlığın təməlini təşkil edən dövlətlərin bir-birlərinin suverenliyi və ərazi bütövlüyünə hörmət və əməkdaşlıq prinsipləri əsasında baxılır.

Bu günədək Azərbaycan məhz bu prizmadan yanaşaraq NATO-nun Əfqanıstanda həyata keçirdiyi missiyasına, eləcə də ümumiyyətlə bölgədəki sülh və təhlükəsizliyə öz töhfəsini verib. ABŞ və digər NATO ölkələri Əfqanıstana uçuşlarını məhz Azərbaycan ərazisindən istifadə etməklə həyata keçirirlər.

Digər tərəfdən bu gün Azərbaycan trans-regional əlaqələndirmə ölkəsi kimi tanınır. Azərbaycan ərazisinin quru və su məkanı üzərindən tranzit imkanları yaradılıb. 2017-ci ildən fəaliyyətə başlayan Bakı-Tbilisi-Qars dəmir yolu xətti və ötən ildən Ələt Beynəlxalq Dəniz Limanının tam fəaliyyətə keçməsi bu xüsusda yeni imkanlar açıb. NATO-nun bir neçə üzv ölkəsi Əfqanıstana yük daşımalarını məhz bu yollarla təmin edir.

Azərbaycan müvafiq tərəfdaşlıq prinsipləri əsasında və beynəlxalq hüququn normalarına uyğun olaraq NATO-ya üzv ölkələr ilə əməkdaşlıq edib, hazırda edir və gələcəkdə də bu əməkdaşlığı davam etdirməyə hazırdır”.

Yüksəliş, enmə, sabitlik…

  • 09 Aprel 2019
  • comments

“Sepah” qərarı gərginliyi artırdı

  • 09 Aprel 2019
  • comments

About author

Novator.az

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Dublin yəhudisinin odisseyası

GLOBALS:0

Tags

  • Siyasət

Rəylər

Do not miss

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda